Xəyanət lə vidalaşdım İntiqam gedişinin səbəbini açıqladı
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
“Bu mövsümdə “Xəyanət”də oynamayacağam. Serialla vidalaşdım".
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru, aktyor İntiqam Soltan deyib.
O bildirib ki, serialdan ayrılmasına səbəb canlandırdığı “Mahir” obrazı olub:
“Ötən mövsümdə son səhnələr çəkilirdi. Hiss etdim ki, serialda bir az da davam etsəm, “Mahir” obrazı ucuzlaşacaq. Mən də bunu istəmirdim. Rejissordan xahiş etdim ki, “Mahir” obrazını yekunlaşdırsınlar. Sağ olsunlar, yaxşı ki, məni eşitdilər. Çünki çəkilişlərə gedə bilməyəcəkdim, səhhətim buna imkan verməyəcəkdi”.
İntiqam Soltan hazırda başqa bir seriala dəvət aldığını da açıqlayıb:
“Danışıqlar aparılır. Bu serialda tamaşaçılar məni tamamilə fərqli bir xarakterdə görəcəklər. Özü də şərtim olub ki, obrazım çətin olsun. Belə xarakterli obraz istəyirəm. Yoxsa pencəyi geyinib bütün günü üzü-gözü parıldayan kişilər kimi olmasın. Layihə ilə bağlı hələ danışmaq istəmirəm”.
Açıq ürək əməliyyatı keçirən İntiqam Soltan səhhətinin yaxşı olduğunu vurğulayıb:
“Sentyabrın sonlarına kimi məzuniyyətdəyəm. Əməliyyatdan sonra özümü çox yaxşı hiss edirəm. Məzuniyyətdə olsam da, teatrda məşqlərə gedirəm. Teatr mövsümünü sentyabrın 3-də açdıq. Bu dəfə kollektiv olaraq birinci sinfə gedən uşaqları düşündük. “Gözlə məni, məktəb” hər bir şagirdin ürəyini oxşayacaq”.
Bahar Rüstəmli
Baxış sayı:97
Bu xəbər 10 Sentyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















