Icma.az
close
up
RU
XƏYANƏT Şahnaz Şahin yazır

XƏYANƏT Şahnaz Şahin yazır

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaşadığımız dövr və zaman çox dinamikdir, hər şey sürətlə dəyişir,  inkişaf edir, insan, cəmiyyət, hətta bəşəriyyət üçün mühüm əhəmiyyəti olan bəzi dəyərlər özü də metamorfoza məruz qalır. Sosial və mənəvi dəyərlər bir nəfərlə insanlar və  bütöv cəmiyyət arasında  əlaqə yaradır, qarşılıqlı münasibətlərdə isə həm dəyərlər , həm də fərd özü inkişaf edir. Təəssüf ki, yaşadığımız zaman ortamında bəzi mənəvi dəyərlər həm də öz əvvəlki forma və məzmunundan uzaqlaşır. Bu, anam demiş, bəzən  xeyirliyə olsa da, ziyan da gətirir. Məsələn, necə ki, bir vaxtlar kəndin o başında bir nəfər dünyasını dəyişəndə bu başında televior, radio açmazdılar, xeyir işlər müəyyən müddətə  təxirə salınardı, bir evin kədəri bütün elin kədərinə çevrilərdi. Böyüklər  kiçiklərə başqasının sevincinə olduğu kimi, dərd-qəminə də şərik olmağı aşılayırdı, deyirdilər bir gün hər kəsin zəngi çalınacaq, “odur ki, kilsə zəngi çalınırsa soruşma ölən kimdi, o adam elə sən özünsən...”

     Anam bizə qonşular, qohumlar və ümumiyyətlə insanlar arasında səmimi münasibətin, diqqət və qayğının vacibliyi haqqında da maraqlı söhbətlər danışıb, axırda da əlavə edirdi ki, bala, ölüləri də bir-birinə həyan olsun deyə yanaşı basdırırlar. Amma təəssüf ki, bəzən ən isti münasibətlər də zaman keçdikcə soyuyur, gözləmədiyin yerdən “dağlara qar yağır”, sən ömürlük hesab etdiyin divarlar adicə toxunuşdan uçub dağılır... Üşüyürsən, özü də necə!..

  Kim desə xəyanət görməyib, inanmayın, bəzən xəyanəti heç özünə də etiraf edə bilmir adam. Çünki əsasən xəyanət edən onun ən yaxını, tam etibar etdiyi, inandığı, duz-çörək kəsdiyi, ürəklə kürəyini söykədiyi insan olur. Ən çox da bir dam altında illərlə bərabər yaşadığı, tikəsini, sevincini, qəmini böldüyü insan... Aldığı zərbədən səntirləyir, yıxılır, yüz yerindən qəlpələnir, ağrıyır, sonra bu ağrıyla yaşamağı öyrənir. Deyirlər xəyanətin ən ağırı fikirdə, düşüncədə edilən xəyanətdir. Xəyanət həm də bir xarakter məsələsidir, tibbi dillə desəm, ruhun, mənəviyyatın virusudur və xəyanət edən insan nəyə görəsə bir gün bu işin üstünün açıla biləcəyi fikrindən uzaq olur.

    Xəyanətin havası belə ağırdı, adamı uzaqdan vurur, boğulursan, adı gələndə belə sanki sümüklərin qırılır. Zərbənin mənəvi ağırlığı fiziki gücündən daha böyükdür, “dağıntını”  hesablamaq isə mümkün deyil. Psixoloji baxımdan  “zərərçəkənlər”in reaksiyası eyni dalğa tezliyində olsalar belə fərqli olur. Kimsə hadisəyə soyuqqanlı yanaşıb soyuq başla, ağıl və məntiqlə qərar verdiyi halda, bir başqası cinayətə əl ata bilir.

   Günümüzdə ən aktual olan kişi-qadın və ya ailə daxili xəyanətdir. Qəribədir, tərs addım əsasən ailədə hər tərəfli diqqət və qayğı ilə təmin olunmuş, maddi və mənəvi sıxıntı çəkməyən qadınlar tərəfindən atılır. Sanki burda da bir anormallıq halı yaranıb, halbuki əvvəllər evdə, ailədə söz-söhbət diqqətsizlikdən, maddi çatışmazlıqlardan yaranardı, qadın uzaqbaşı el sözü ilə desəm “acıq edə” bilərdi. Bu da qısa müddətdə düzənlənər, tərəflər arasında barışıq əldə olunar və hər şey qaydasına düşərdi. Qadın xəyanət yoluna ayaq basmaqla öz ləyaqıtini, mənsub olduğu ailənin şərəfini alçaltmazdı...

   Həyat təzadlarla doludur, mən xəyanətdən yazıram, televiziya və xəbər portalları isə Bakı-Qroznı avia reysi üzrə uçan sərnişin təyyarəsinin qəza xəbərini yayır. Efirdən havada çarəsizlikdə çarə axtararaq dövrə vuran təyyarənin görüntüləri sərgilənir, həlak olanlar və yaralılar haqqında məlumat verilir, gənc və bir neçə gündən sonra təqaüdə getməli olan pilotların şəkilləri ekrana gətirilir...  Düşünürəm, həyat bu qədər amansız, ölüm bir nəfəs qədər yaxınkən insanlar nədən sədaqətə deyil xəyanətə meyllidir?

    Yuyulması mümkün olmayan cinayət vətənə olan xəyanətdir, deyirlər.  Amma ailədə qadın və ya kişinin üzləşdiyi xəyanət də bəraət veriləcək hal deyil, çünki ailə özü də kiçik bir dövlətdir! Çox vaxt kişilərin atdığı belə yanlış addım bağışlansa da,qadın xəyanəti  bir mənalı bağışlanmır. Bəlkə də bu təbiətdən qadına verilən bioloji fərqliliklə bağlıdır, axı qadın orqanizmi bütün fertil həyatı boyunca yalnız bəlli sayda yumurta hüceyrəsi istehsal edir!.. Qadın anadır, yaradan ona özündən sonra yaratmaq, yəni dünyaya övlad gətirmək, bununıa da dünya həyatını davam etdirmək  kimi müstəsna imkan verib. Cənnət də məhz belə qadınların, anaların, şərəf və ləyaqətiylə nümunə olan qadınların ayaqaları altındadır. Və elə bəlkə buna görə də qadın etdiyi zinanın bədəlini daha ağırlamasıyla, ən yaxşı halda sağlamlığı bahasına ödəməli olur...

  Xəyanət görən tərəf psixoloji sarsıntı keçirir, nəticədə özgüvən, insanlara inam, etibar hissi az və ya çox dərəcədə zədələnir, hətta ailənin başqa üzlvləri də başlayır gizlincə bir-birini təftiş etməyə. İllərin sınağından çıxmış münasibətlərə belə kölgə düşür, açıq və gizli hiss edilən səbəbsiz şübhələrdən tərtəmiz şüşə  kimi qəlblər çiliklənir... Şekspirin sözləriylə desəm, güvən də ruh kimidir, tərk etdiyi bədənə əsla geri qayıtmaz! Çünki xəyanət düşməndən daha zalımdır...

     Azərbaycan qadını özü bir dəyərdir, müqəddəsdir, cəmiyyətin  və ailənin sütunlarından biridir.  O, ictimai həyatda da, ailədə də gedən proseslərin nəbzini və müqəddəs ana adını uca tutmaqla mərdliyi, fədakarlığı, işgüzarlığı ilə tarixi keçmişimizdə də parlaq izlər qoyub. O, tarix boyu bir çox sınaqlardan keçməli olub, cəsur oğullarla birgə qadınlar da el-obasının qeyrətini çəkib. Müxtəlif  sahələrdə kişilərlə çiyin-çiyinə də çalışıb, yeri gələndə döyüş meydanlarında şücaət də göstərib. Namusunu qorumaq üçün şirin canına da, düşmən əlinə keçməsin deyə körpə uşağına da qıyıb.

    Benjamin Franklin xəyanəti namusla yaşamağa ağlı çatmayan axmaqların əməli adlandırırdı. İnsan hissləri olduqca müxtəlif və mürəkkəbdir, heç Britaniya psixoloqları da hisslərin həqiqi və ya süni olduğunu aşkar edən formul yarada bilməyiblər. Həyat isə ağlasığmayan hadisələrlə doludur, ən çıxılmaz vəziyyətlərdə də bir çıxış qapısı mütləq vardır, sənə sadəcə o qapıya düşən açarı tapıb xilas olmaq qalır. Unutma, hər fırtına həyatını pozmaq üçün gəlməz, bəziləri yolunu təmizləmək üçün gələr...

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Fevral 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri