Icma.az
close
up
RU
Məltəm Şahnaz Şahin yazır

Məltəm Şahnaz Şahin yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Şahnaz ŞAHİN

Gün günortadan günbatana əyilən vaxtı aptekə yanında yeddi-səkkiz yaşlarında qız uşağıyla gənc bir qadın daxil oldu. Qadına baxanda  ürəyimdən "üzünə bax, halını sor" deyimi yol elədi. Kasıb və nimdaş geyimi ilə üzünün yanıb qaralmış, üstəlik, ləkə basmış dərisi ahəng təşkil edirdi. Sifətində diri qalan bircə gözləriydi ki, o da narahatlıqla göz çuxurunda durmadan fırlanır, bununla da iç təlaş və qorxularını bayıra çıxarırdı. Yanındakı qız da özünə oxşayırdı, rəngi boğuq qara, saçları dağınıq, əyni nimdaş... Artıq bu ana balanın həyatı, yaşayışı haqqında ilk siqnalları vizual olaraq almışdım və "qara günün adamı qaraltdığına" şübhəm yox idi...

Qadın əlindəki kağızı satıcı ilə alıcını ayıran və həm də birləşdirən şüşə arakəsmənin balaca gözcüyündən ağ xalatlı xanıma uzatdı. Tibb bacısı yazılanları oxuyub hesabladı, sonra bir-bir gətirib selafan torbaya yığıb qadına uzatdı. Bayaqdan narahat görünən qadın dərmanların pulunu ödəyib açıq narahatlıq ifadə edən səslə dilləndi:

- Bacı, bunlar mənə xeyir edəcəkmi, hərə bir söz deyir, mən də alıram, amma indiyəcən heç nəyin xeyri olmayıb. Kasıb adamam, bir qocaya baxıram, aldığım da dərman davada. Heç olmasa səbəbi düşə...

Tibb bacısı dərmanları kimin təyin etdiyini soruşanda qadın "həkim elə qonşumuzdu, amma yanına ilk dəfə getmişəm", dedi. Tibb bacısı da "Allah səbəb salsın" deyərək dərmanların qəbul qaydalarını başa saldı və bununla da işini bitirdi...

Bayaqdan bəri nədənsə tamaşaçısı olduğum səhnə qəhrəmanının adını düşünür, adıyla özü arasında əlaqə qurmağa çalışır, amma bacarmırdım. Nəhayət qadın dərman torbasını əlinə alıb geri çevriləndə özümü saxlaya bilməyib adını soruşdum, kədərlə "Məltəm"di dedi...

Məltəm, Məltəm Haqqarar... Hamınızın yadında olar, yəqin ki, 1988-ci ildə "Türkiyə gözəli" seçilən, 1989-cu ildə isə Moskvada ilk dəfə "Kosmos" mehmanxanasında keçirilən dünya gözəllik müsabiqəsində birincilik qazanan mavi gözlü gənc türk qızını çoxunuz xatırlayırsınız. Ona bu adı qoyan valideynlərini anlamaq çətin deyil, amma ad qoymaqla valideynlik vəzifəsini bitmiş hesab edənləri anlamaqda həmişə çətinlik çəkmişəm. Məşhur filmlərdən təsirlənib o qəhrəmanların adını övladına verən çoxlu sayda insanlar var, amma hər kəs öz tale yükünü daşımalı olub, eynən Məltəm kimi...

Məltəm nə yazmaq bilir, nə də oxumaq, yerli-dibli təhsil görməyib. Kağıza xeyrinə olmayan nəsə yazıb versən də, dediyin ünvana aparar. Erkən ailə qursa da, nigahı uğursuz olub. Bir övladıyla həyatla oyuna girmək məcburiyyətində qalıb, boğulanda qolundan babası yaşında bir nəfər tutub çəkib kənara. Tək, kimsəsi olmayan kişi onu evinə gətirib, himayəsinə alıb, uşağına da, özünə də sahib çıxıb. Bu birlikdəlikdən Məltəm bir cür, baba da başqa cür faydalanıb. İki müxtəlif insanı dərd və ehtiyac birləşdirib, o bunun, bu da onun məlhəminə çevrilib...

Məltəm... sahildən dənizə doğru əsən xəfif külək mənasını verən bu ad deyəsən, heç ilk sahibinə də düşərli olmayıb. İndi də bu qadın.., elə onun da həyatı külək kimi əsib keçir, o da uyğun məqamlarda gah taleyindən şikayətlənir, gah da başını salmağa damı olduğuna görə şükür edir. Bəzən yorulur, bezir, amma bu deyingən, yaşlı kişinin nazını çəkməyi özünə borc sayır. Axı onun sayəsində əli bir isti bucağa, minimum dolanışığa yetişib...

Yaddaşımı Cavid əfəndinin məşhur misraları təzələyir:

"Qadın gülərsə, şu issiz mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!"

Bəli, qadın bütün yaradılışın təməli, açarıdır. Qadın zərif və zəif vücuduna böyük ümid, inam, qürur, əzm sığdıran varlıqdır. Etibardır, şəfqətdir, şəfadır, məlhəmdir, əzəmətdir qadın... Anadır, bacıdır, yoldaşdır, Vətəndir qadın!..

Düşüncələrim dolanıb o balaca qızın gələcək taleyində yer alır, onu nə gözləyir əcaba, bu kələfi dolaşıq dünyada?..

Yenə də Cavid əfəndinin

"Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur"  - misralarına dayaq verib qalxmağa çalışıram, inanmaq istəyirəm, inanmaq!..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri