Icma.az
close
up
RU
Xəyanət üçün fürsət axtaranlar...

Xəyanət üçün fürsət axtaranlar...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Emin Hüseynov yenidən erməni qiyafəsində...

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan dövləti bu gün qlobal dünyanın azsaylı sabit inkişafa malik, o cümlədən, siyasi kataklizmlərdən uzaq ölkələrindən sayılır. Yeni nizamda Bakı istər regional inkişaf tempinin müəyyənləşdirilməsində, istərsə də qlobal təsnifatların təminində yaxından iştirak edir. Paralel olaraq yürüdülən sülh siyasəti bölgədə yeni münasibətlər sistemini bərqərar edib - yerləşdiyi regionun əsas iqtisadi-siyasi aktorundan orta güc statusuna keçid edən ölkəmiz Cənubi Qafqazın gələcəyi  üçün hazırlanan strateji yol xəritəsinin müəllifidir.

Təbii ki, bu uğurlar dünyada birmənalı şəkildə həzm edilmir - Azərbaycanın inkişaf trayektoriyası, demokratik ənənələrə sadiqliyi, bütün addımlarında beynəlxalq hüquqa istinad etməsi və ədalətin bərqərarı üçün səy göstərməsi dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də narahat edir. Müxtəlif vasitələrlə ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışan bəzi mərkəzlərin, xüsusilə də erməni lobbisinin əsas “istinad nöqtələri” isə hər zaman olduğu kimi antimilli xainlər, Vətənə, dövlətə xəyanət üçün fürsət axtaranlardır.

Emin Hüseynov və erməni “şərikləri”...

Bir zamanlar həmin ermənipərəst dairələrin, erməni lobbisinin pulu və dəstəyi ilə yaradılan “RATİ” adlanan buqələmun təşkilatın rəhbəri olmuş Emin Hüseynovun kimliyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Xəyanət fürsətçisi, pul üçün bütün müqəddəs dəyərləri tapdamağa hazır olan bu “kimliyi” inkişaf etdirmək üçün E.Hüseynov özünü cəmiyyətə fərqli donlarda - gah KİV nümayəndəsi, gah QHT təmsilçisi, gah da siyasətçi kimi təqdim etməyə çalışıb. Bu uğurda uzun illər “tər tökən” E.Hüseynov şəxsi mənafeyi uğruna isə hər zaman Azərbaycanın milli maraqlarını tapdamağa hazır olduğunu göstərib. Bu dəfə də analoji mənzərənin şahidi oluruq. Belə ki, BT News Telegram-ın yaydığı məlumata görə, Emin Hüseynov erməni ictimai xadim Ovsep Xurşudyanla birgə yeni layihəyə başlayıb. Yeni layihənin ilk qonağı isə əvvəllər Azərbaycan ərazilərinin işğalını inkar edən David Stepanyan olub. Şou zamanı hər üç şəxs - Emin Hüseynov, Ovsep Xurşudyan və David Stepanyan Azərbaycandakı demokratiya səviyyəsini tənqid edib, Ermənistanın siyasi sistemini, seçkiləri tərifləyiblər. Onlar Ermənistan müxalifətinin təqiblərinə əhəmiyyət verməyiblər, bu barədə heç danışmayıblar. Halbuki Ermənistanda parlament seçkiləri ərəfəsində və sonra Paşinyan hakimiyyəti tərəfindən müxalifət liderlərinə qarşı repressiyalar, həbslər həyata keçirilib. Bu repressiya və həbslər indi də davam edir.

Şou zamanı David Stepanyan, həmçinin, Qərbi Azərbaycan konsepsiyasına qarşı çıxıb. Bundan başqa, Bakını Qarabağdakı kilsələri, erməni abidələrini dağıtmaqda, günahlandırıb. Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində apardığı tikintilərin beynəlxalq konvensiyalara əsasən qanunsuz olması, Azərbaycan mədəni irsinin məhv edilməsi barədə isə bir kəlmə də danışmayıb.

Erməni yalanları artıq nə ayaq tutmur, nə də yerimir...

Təbii ki, bu layihənin “məqsədi” və ya hədəfi bəllidir - Azərbaycan 30 illik işğal faktına son qoymaqla erməni lobbisinə, erməni havadarlarına da ağır zərbə vurub. Bu gün regionda bütün proseslər məhz Bakının diqtəsi əsasında inkişaf edir. Bu isə erməni qazanından yemlənənlərin işini çətinə salır. Onların əlində qalan yeganə “silah” isə yalan və qərəzdir. Vurğulandığı kimi, Ermənistan “demokratiyası” üçün əldən-ayaqdan gedənlər niyə İrəvandakı siyasi böhrandan danışmırlar? Və ya Azərbaycan hansı kilsəni dağıdıb? Niyə o layihənin iştirakçıları 30 illik işğal dövründə ermənilərin Azərbaycanın qədim tarixi və mədəniyyət abidələrini, məscidləri, hətta qəbirləri belə dağıtmasını vurğulamırlar? Ermənilər işğal dövründə şəhər və kəndlərimizdəki mədəni irsimizə qarşı terror həyata keçiriblər və bu torpaqlardan Azərbaycan izini silməyə çalışıblar, amma nail ola bilməyiblər. Niyə bu məsələyə toxunulmayıb? Səbəb bəllədir - ermənilər hər zamankı kimi yalanı özləri üçün “fakt” seçərək hücum kampaniyası həyata keçirirlər. Amma bu cəhdlər artıq heç bir fayda vermir - çünki bütün dünya Qarabağda, vaxtilə işğal altında olan ərazilərdə baş verən vandalizmi öz gözləri ilə görüb.

Qərbi Azərbaycan konsepsiyası erməni terrorunun ifşasıdır...

Qərbi Azərbaycan konsepsiyası isə vaxtilə Ermənistandan qovulmuş yüz minlərlə insanın fundamental hüquqlarının bərpası istiqamətində atılan uğurlu addımdır. Erməni faşizminin qurbanı olmuş və öz ata-baba yurdunda yaşamaq hüququndan məhrum edilmiş bu insanların hüquqlarının bərpası istiqamətində görülən işlərin erməni lobbisinin hədəfinə tuş gəlməsi də təəccüblü deyil - Qərbi Azərbaycan konsepsiyası ermənilərin işğal, terror, diskriminasiya, deportasiya siyasəti ilə bölgədə yaratdığı təhdidlərin ifşasıdır. Emin Hüseynovun digər ermənilərə qoşularaq bu konsepsiyanın əleyhinə getməsi isə onun bu millətdən, bu xalqdan olmadığını növbəti dəfə sübuta yetirir... 

Erməni yandaşı...

Təbii olaraq, bu layihədə Emin Hüseynov yenə də öz “ənənəsinə” sadiq qalaraq ermənilərdən betər erməni rolunda çıxış edib. O, həmsöhbətlərinə qarşı nəinki çıxmayıb, onların ritorikasına uyğun mövqe sərgiləyib, işğal zamanı Azərbaycan ərazilərində ermənilərin dağıtdığı məscidlərdən, mədəni-tarixi abidələrdən bəhs etməyib. Göründüyü kimi, bu “layihə”nin ilk addımındaca məqsəd bəlli olur - Emin Hüseynov və onun erməni şərikləri obyektiv jurnalistika, hərtərəfli, ədalətli müzakirə platforması yox, Azərbaycan əleyhinə informasiya kampaniyasında daha bir vasitə rolunu oynayacaq. Ən acınacaqlısı isə odur ki, Emin Hüseynov da bu layihənin bir parçası kimi Azərbaycan əleyhinə hazırlanmış növbəti kampaniyanın əsas fiquru kimi çıxış edir. Bəli, birbaşa ermənilərin, erməni lobbisinin, erməni havadarlarının maraqlarını qorumaq üçün dəridən-qabıqdan çıxan Emin Hüseynov və onun kimilərinin tutduqları bu xəyanətkar yol bütün konturları ilə açıq və ortadadır. Onların məqsədlərinin, məramlarının, arzularının nə olması isə E.Hüseynovun timsalında özünü biruzə verir.  Amma onların xəyanət xülyaları elə xülya olaraq da qalır...

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 İyul 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see480

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see351

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see351

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see332

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see327

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see327

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see303

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see300

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see300

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see293

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see287

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see286

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see275

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see275

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see267

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see245

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see244

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see231

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see217

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri