Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Xəyanətə qurban getmiş Laçın...

Xəyanətə qurban getmiş Laçın...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bir güllə belə atılmadan azad edilmiş rayon özünün yeni inkişaf mərhələsini yaşayır

1990-cı illərin əvvəlində yenicə müstəqillik əldə etmiş Azərbaycan çətin sınaqlarla üz-üzə qaldı. Bir tərəfdən erməni işğalı, digər tərəfdən isə daxili qarşıdurmalar ölkənin kövrək olan müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Hakimiyyətdə olan qüvvələrlə həmin dövrdə hakimiyyətə gəlmək üçün bütün xəyanətələrə getməyə hazır olan AXC-Müsavat birliyi nə dövlət, nə Vətən haqqında düşünmürdülər - onların yeganə məqsədi satqınlıq və xəyanət nəticəsində hakimiyyəti əldə etmək idi. 

1992-ci ilin mayı isə Azərbaycanın müasir tarixinə xəyanətlərin və faciələrin əks olunduğu zaman kimi düşdü. Bu zamanda hakimiyyət savaşı, səriştəsiz insanların kreslo davası ard-arda ağır itkilərə yol açırdı. Məhz bu hakimiyyət çəkişməsinin və xəyanətin acı nəticəsi kimi mayın 18-də Azərbaycanın şərq qapısı, ən mühüm strateji əhəmiyyətli rayonlarından biri - Laçın rayonu ermənilər tərəfindən işğal olundu. İşğal nəticəsində yüzlərlə insan şəhid edildi, girov götürüldü, əlil oldu.

Hakimiyyət hərisliyi...

Həmin dövrün acı mənzərəsinə diqqət yetirdikdə bir daha məlum olur ki, həmin “siyasi qüvvələrin” yalnız bir amalı vardı - hakimiyyət hərisliyi. Laçının işğalı xəyanətin və hakimiyyət hərisliyinin ortaya çıxardığı nəticə idi.  Qeyd edək ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı həmin dövrdə mövcud hakimiyyəti devirərək iqtidarı ələ almağa çalışan Azərbaycan Xalq Cəbhəsi üçün mühüm fürsətə çevrildi. O dövrdə Azərbaycan prezidenti olan Ayaz Mütəllibov AXC-nin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa verdi. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. Müdafiə naziri vəzifəsi isə AXC-nin tələbi ilə bu qurumun üzvü olan Rəhim Qazıyevə verildi. Məhz həmin dövrdən başlayaraq AXC ölkədəki vəziyyəti sabotaj etməklə hakimiyyətə yiyələnməyə çalışırdı. AXC-yə başçılıq edən şəxslər ətraflarında yaratdıqları silahlı dəstələrdən quldurluq məqsədi ilə istifadə edir, onları cəbhədən geri çəkir və hətta bəzi regionlarda talançılıq ilə də məşğul olurdular. Bu isə 1992-ci il mayın 8-də Şuşanın işğalına yol açdı. Hərbi gücü əlində saxlayan AXC iqtidara gəlmək üçün strateji əhəmiyyət daşıyan şəhəri ermənilərə təslim etdi.

Şuşanın işğalının ardından isə ölkədəki siyasi vəziyyət daha kəskin hal aldı - böhran bütün istiqamətlərdə hiss olunurdu. 1992-ci il mayın 14-də Azərbaycan Ali Soveti yenidən iclas keçirdi və Ayaz Mütəllibov yenidən öz vəzifəsinə bərpa edildi. Vəzifəsinə bərpa edilmiş Mütəllibov isə Bakıda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etdi. Amma Mütəllibov bərpa olunduğu vəzifəsində çox da qala bilmədi - onun prezident səlahiyyətlərinin bərpa edilməsini dövlət çevrilişi hesab edən AXC bu dəfə silahlı çevrilişə əl atdı. “AXC batalyonu” adlanan silahlı dəstələr 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkildi. AXC rəhbərlərinin başçılıq etdiyi qoşunlar, xüsusilə Laçın alayının çoxlu sayda əsgəri mövqelərindən geri çəkilərək Bakıya gətirildilər. AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. 15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonla Bakıya girdi. Silahlı dəstələr atəş aça-aça, eyni zamanda tanklar və zirehli maşınlar Milli Məclisin binasını mühasirəyə aldı. Ardınca silahlı dəstələr televiziyaya basqın etdi. Atışmada bir neçə adam həyatını itirdi, xəsarət aldı. Mütəllibov isə yenidən devrildi. Ayaz Mütəllibov çevrilişin növbəti günü Qala aviabazasından Moskvaya yola düşdü. Silahlı çevrilişdən sonra AXC hakimiyyətə yiyələndi. Amma bu siyasi hərislik daha böyük faciələrə yol açdı - mayın 18-də Laçın işğal edildi. Beləliklə, AXC-nin hakimiyyət hərisliyi Azərbaycan üçün 30 illik bir faciəyə yol açdı...

Maşın göndərməyənlər təyyarə göndərdilər...

Çox uzaq olmayan bu tarixi görən, yaşayan insanlar indi də o acı günləri unuda bilmir. Ermənilərin təslim edilmiş Şuşaya necə gülə-gülə, sevinərək girmələri, hətta bu hədiyyəyə görə Elçibəyə təşəkkür etmələri yaddaşlardan silinməyib.”Şuşa işğal olunsa başıma güllə çaxacağam” deyənlər daha sonra Laçının ermənilərə təslim olunmasına vəsilə oldular.

Həmin dövrdə də bütövlükdə xalqımız dərk edirdi ki, ölkəni bu ağır vəziyyətdən yalnız bir şəxs qurtara bilər - Ulu öndər Heydər Əliyev. Lakin qısqanclıq, hakimiyyət hərisliyi onlar üçün bir nömrəli amala çevrilmişdi. Sonlaralar AXC-Müsavat hakimiyyətinin nümayəndəsi Tofiq Qasımov deyirdi ki, guya Heydər Əliyevi axtarıb tapa bilməyib, onunla əlaqə saxlaya bilməyiblər. Amma bəlli idi ki, onlar Heydər Əliyevə müraciət etmək istəmirdilər. Sonda isə... Heydər Əliyevin arxasınca bir maşın göndərməyənlər, özlərini xilas etmək üçün təyyarə göndərdilər...

Azad LAÇIN...

... Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başladı. Həmin il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkildi - Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bununla da 27 il işğal altında olan Laçın rayonu dekabrın 1-də qəsbkarlardan azad olundu, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu və orada üçrəngli şanlı bayrağımız ucaldıldı - bir güllə belə atılmadan, bir şəhid verilmədən Laçın öz azadlığına qovuşdu.  2021-ci il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonuna ilk səfər etdilər. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucaltdı. Prezident İlham Əliyevin 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən, hər il ölkəmizdə 26 avqust - Laçın Şəhəri günü kimi təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci il avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki “X” sosial şəbəkəsi) elan edib. Bu gün Laçın yenidən qurulur, inkişaf edir. Rayonda ən yeni standartlara uyğun şəkildə infrastruktur qurulur. Artıq onlarla ailə Laçın şəhərinə, Sus və Zabux kəndlərinə və digər yaşayış məskənlərinə köçürülüblər. Böyük qayıdışın ən mühüm bir mərhələsi məhz Laçın rayonunun payına düşür - çünki Qarabağa ilk qayıdış həm də elə Laçın rayonundan başlayıb. Bu gün Laçın özünün əsl sakinlərini ağuşuna alaraq yeni inkişaf mərhələsini yaşayır...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 May 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri