“Xəyanətkar” deyiləm: Topuriyanın menecerindən Maxaçevlə bağlı açıqlama
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcü əsilli UFC çempionu İliya Topuriyanın meneceri Malki Kava rusiyalı döyüşçü İslam Maxaçevlə planlaşdırılan titul döyüşünün maliyyə səbəblərdən baş tutmaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, menecer sosial şəbəkə hesabında paylaşdığı videoda bu qarşılaşmanın UFC tarixinin ən böyük hadisəsi ola biləcəyini vurğulayıb. O, Topuriya tərəfinin qeyri-real məbləğlər tələb etməsi barədə Maxaçevin iddialarını rədd edib.
“İslam və İliya arasındakı döyüş UFC tarixinin ən böyük döyüşünə çevrilə bilərdi. Belə bir döyüşün ən yüksək qonorara layiq olduğunu düşünmürsünüz? Bu döyüş üçün yanlış məbləğ istəsəydim, axmaq olardım. Amma mən nə 100 milyon, nə də 50 milyon dollar istəməmişəm. Tələb etdiyim məbləğ olduqca ağlabatan və qəbul edilə bilən idi”, - deyə Kava bildirib.
Xatırladaq ki, İslam Maxaçev daha əvvəl verdiyi müsahibədə döyüşün məhz İliyanın “şişirdilmiş maliyyə tələbləri” üzündən ləğv olunduğunu və bu səbəbdən UFC-nin həmin təklifdən imtina etdiyini bildirmişdi.
Qeyd edək ki, İliya Topuriya iyunun 15-də ABŞ-nin Ağ Evində təşkil olunacaq tarixi "UFC Freedom 250" turnirinin əsas döyüşündə yüngül çəki dərəcəsində amerikalı Castin Qetji ilə qarşılaşacaq. Həmin gecənin digər mühüm döyüşü isə ağır çəki dərəcəsində Aleks Pereyra və Siril Qan arasında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Aprel 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















