Icma.az
close
up
RU
Xəzər Azərbaycan Türkmənistan münasibətləri timsalında sabitliyin və sülhün mühüm amilidir

Xəzər Azərbaycan Türkmənistan münasibətləri timsalında sabitliyin və sülhün mühüm amilidir

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycan və Türkmənistan - yetkin və konstruktiv diplomatiya nümunəsidir".

Bu sözləri "Black Caspian Logistics and Trading" şirkətlər qrupunun sədr müavini Rifat Sultanzadə Oxu.Az-a müsahibəsində deyib.

- Cənab Sultanzadə, siz Azərbaycanla Türkmənistan arasında həyata keçirilən layihələrdə fəal şəkildə iştirak edirsiniz. Bu fəaliyyət nədən başladı?

- Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq təkcə mehriban siyasi qonşuluq gündəmi deyil. Ortaq mədəni yaddaşa malik iki Xəzər dövlətinin inkişafının tarixi məntiqidir. Bizim qarşılıqlı fəaliyyətimiz diplomatiya ilə başladı, lakin iqtisadiyyat, mədəniyyət və ekologiyaya keçid etdi. Bu gün biz artıq konkret investisiyalardan, infrastruktur layihələrindən danışırıq. Məsələn, Parisdə keçirilən TEİF-2024 forumunda biz "Xəzər-Qara dəniz regionunun gələcəyi Türkmənistana investisiyalardan asılıdır" təşəbbüsünü təqdim etdik. Ümumi olaraq son illərdə, COVID epidemiyasından sonra bizim qrupumuz Türkmənistanda həm ölkənin özündə, həm də onun hüdudlarından kənarda keçirilən tədbirlərdə fəal iştirak edir. Biz elan etməkdən qürur duyuruq ki, bu il də "Türkmənistanın Neft və Qazı - 2025" 30-cu Beynəlxalq Konfransı və Sərgisində iştirak etmək üçün rəsmi dəvət almışıq və tərəfdaşlıq həllərini ön planda təqdim etməyi planlaşdırırıq.

- "Xəzər-Qara dəniz regionunun gələcəyi Türkmənistana qoyulan investisiyalardan asılıdır" təşəbbüsü konkret nələri ehtiva edir?

- Bu, praqmatik yanaşmaya əsaslanır: biz infrastruktur qovşaqlarını, logistik marşrutları, siyasi riskləri təhlil edirik. Layihələrimizdən biri Zəngəzur dəhlizinə qoşulmaqla, Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, həmçinin Əfqanıstan və Pakistana reversiv multimodal marşrutların inkişaf etdirilməsidir. Bu, yük tranzitini radikal şəkildə optimallaşdıra və Orta dəhlizin üzərinə düşən yükü azalda bilər.

- Logistikadan başqa əməkdaşlıqda hansı sahələri strateji hesab edirsiniz?

- Hər şeydən əvvəl aqrokimya və dayanıqlı kənd təsərrüfatı. Qrupumuzun nümayəndəsi olan "AZCHEMCO" şirkəti maye və suda həll olunan gübrələr üçün öz formullarını işləyib hazırlayıb. Zəngin resurs bazasına (karbamid, kükürd, turşular) və Mərkəzi Asiyaya ixrac üçün əlverişli logistik mövqeyinə görə biz Türkmənistanı istehsal müəssisələrinin mümkün yerləşdirilməsi üçün strateji lokasiya hesab edirik. Bizim mövqeyimiz prinsipialdır: nitratlardan imtina, "təmiz aqro"ya keçid. Bu, təkcə ekologiya məsələsi deyil, həm də Türkmənistanın və eyni zamanda, qonşu ölkələrin ərzaq təhlükəsizliyi məsələsidir.

- Aşqabadda haqqında bəhs etdiyiniz "A3 Climate Fund" nədən ibarətdir?

- Bu, adaptasiya sərmayələri üçün yaradılmış beynəlxalq iqlim fondu qismində təklif etdiyimiz təşəbbüsdür. Prioritetlər: quraqlıqla mübarizə, damcı suvarma sistemləri, aqroekoloji zonaların inkişafı və dayanıqlı kənd təsərrüfatının təmin edilməsi. Bu, təkcə sosial layihə deyil - bu, qida gələcəyinin infrastrukturudur.

- Türkmənistan simvollara olan hörməti ilə tanınır. Belə bir məlumat var idi ki, siz nümayəndə heyətinə milli hədiyyə təqdim etmisiniz.

- Bəli, TEİF tədbirləri zamanı biz Türkmənistan tərəfinə üzərində Qarabağ və Axaltəkə atlarının təsviri olan Azərbaycan xalçasını hədiyyə etdik. Bu, sadəcə bir hədiyyə deyil - bu, xalqlarımızın ümumi tarixi gücünün, estetikasının və əlaqələrinin simvoludur. Qarabağ atı və Axaltəkə atı mədəniyyətlərimizin fəxridir. Belə bir hədiyyə hər hansı bir protokoldan daha çox şey söyləyir: biz öz köklərimizi xatırlayırıq, hörmət edirik və bu baxımdan bu, əsl diplomatiyanın təməlidir.

- Bu gün siz görkəmli diplomatın - Vaxdat Sultanzadənin işini davam etdirirsiniz. Onun təsiri nədən ibarətdir, danışardınız.

- O, heyrətamiz fiqur idi. Atam Vaxdat Məmmədağa oğlu Sultanzadə Azərbaycan diplomatiya məktəbinin canlı təcəssümünə çevrildi. 1960-cı illərdə Əfqanıstanda, daha sonra İran, Türkiyə və Azərbaycanda çalışıb. Onun unikallığı ondan ibarətdir ki, keçid dövründə eyni vaxtda SSRİ-nin, Azərbaycanın, hətta Rusiyanın Ankaradakı nümayəndəsi olub. Bu, çox böyük təcrübədir.

1984-cü ildə o, 1-ci dərəcəli müşavir diplomatik rütbəsi, 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi ilə təltif edilib. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Vaxdat Sultanzadə Türkmənistanda fövqəladə və səlahiyyətli səfir təyin edilib (75 yaşında), 5 ildən sonra isə eyni vaxtda, həmçinin Əfqanıstanda (80 yaşında) səfir təyin edilib.

Atamın Türkmənistandakı fəaliyyətinin bu amilləri, həmçinin qardaş ölkə hökumətinin Azərbaycana münasibətini əks etdirir.

Böyük dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi bunun illüstrativ nümunəsi ola bilər. Kiyevdə Heydər Əliyev haqqında kitabın təqdimat mərasimini keçirən Elmira Axundova atamın dəvəti ilə 2013-cü il mayın 3-də bir günlük Aşqabada uçdu.

Bütün tədbirlər, sözün əsl mənasında, Qurbanqulu Berdıməhəmmədov tərəfindən Heydər Əliyevin xatirəsinə göstərilən dərin ehtiram hissi ilə doludur. Buna görə də atamın səyləri ilə türkmən dilinə tərcümə edilmiş "Görkəmli insanların həyatı" seriyasından Heydər Əliyev haqqında kitabın təqdimatının Aşqabadda ən yüksək hökumət səviyyəsində keçirilməsi təsadüfi deyil.

Eyni zamanda, türkmən dilinə tərcümə və başqa ölkənin siyasi liderinə həsr olunmuş nəşrin dövlət səviyyəsində təqdimatı Türkmənistan üçün misligörünməmiş bir hadisədir və müasir dövr tarixində ilk dəfə olaraq respublikada həyata keçirilib.

Azərbaycanın ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunmuş kitab Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən türkmən dilinə tərcümə edilib və Türkmənistanın Dövlət Nəşriyyat Xidməti tərəfindən çap olunub.

- Ailənizi Türkmənistanla birləşdirən uzun tarixi nəzərə alsaq, "Dostluq" layihəsi haqqında oxuculara nə deyə bilərsiniz? Belə mühüm Azərbaycan-Türkmənistan əməkdaşlıq layihəsinin inkişafı üçün hansı perspektivləri görürsünüz?

- Düşünürəm ki, bu layihə üzrə Azərbaycan və Türkmənistanın yaxınlaşmasının başlanğıc nöqtəsi atama yüksək mükafatın təqdim edilməsi oldu. Atamın Türkmənistanda fəaliyyəti dövründə onun həyatında ən əlamətdar hadisələrdən biri baş verdi - 2009-cu il oktyabrın 27-də Qurbanqulu Berdıməhəmmədov paytaxtın "Ruhiyət" sarayında üç min tamaşaçı auditoriyasının iştirakı ilə keçirilən təntənəli mərasim zamanı ona Türkmənistanın "Qardaşlıq əlaqələrinin inkişafına töhfəyə görə" dövlət mükafatını - "Vətənə olan sevgi üçün" medalını şəxsən təqdim etdi. Mükafat Türkmənistanın müstəqilliyinin on səkkizinci ildönümünün qeyd olunması ilə bir vaxta təsadüf edib. Buradan görünür ki, Azərbaycan səfirliyində müşavir rütbəsində işlədiyi ilk üç ildə o, xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş bəzi fikirləri reallaşdırmağa müvəffəq olub.

Bu, təkcə şəxsi tanınma əlaməti deyildi, həm də siyasi siqnal idi: biz strateji tərəfdaşıq.

Mən atamın bu məsələyə dair dedikləri ilə tam razıyam: "Bu gün həm Azərbaycan, həm də Türkmənistan intensiv inkişaf edən ölkələrdir. Hər iki ölkədə kimya sənayesi, aqrar sektor inkişaf edir. Neft və qaz ildən-ilə büdcənin daha kiçik bəndini təşkil edir. Elə bu istiqamətdə də işləmək lazımdır. Həm SOCAR, həm də "Turkmenneft". Axı bu gün SOCAR - təkcə karbohidrogenlərin hasilatı və nəqli demək deyil. İxtisaslaşmalara kimya sənayesi, gübrə istehsalı, logistik layihələr və polimer istehsalı da daxildir. Necə deyərlər, hələ görüləcək işlər çoxdur. İlk olaraq qarşılıqlı nümayəndəliklərin açılması yaxşı olardı: SOCAR-ın Aşqabadda, "Turkmenneft"in isə Bakıda. Bu, koordinasiya üçün tələb olunan vaxtı azaldaraq, bir çox məsələlərin sadələşdirilməsinə kömək edəcək və ölkələrimiz arasında əməkdaşlığı sürətləndirəcək. Axı Xəzər dənizi - yaxınlaşma dənizidir və yaxınlaşma nöqtəsi də bu MEMORANDUMdur!".

Azərbaycan və Türkmənistan prezidentləri görüşləri zamanı ölkələrimiz arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını dəfələrlə vurğulayıblar. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərini hərarətlə qeyd edib, hansı ki, bu səfər zamanı aktual məsələlərə dair çox geniş fikir mübadiləsi aparılıb, rekord sayda sənəd və məhz əlaqələrimizi yeni məzmunla dolduran 21 sənəd imzalanıb. Azərbaycan Prezidenti Türkmənistan prezidentinin ölkənin inkişafındakı şəxsi rolunu daim qeyd edir. "Həmçinin genişmiqyaslı tikinti işləri də diqqət çəkir. Bilirəm ki, hər bir layihəyə Prezident şəxsən nəzarət edir, ona görə də şəhər çiçəklənir və unikal vahid şəhərsalma ansamblı yaradılıb", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Həmçinin Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun bu il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinə səfərini və iştirakını da çox mühüm hesab edirəm. Cənab Meredovun tədbir çərçivəsində çıxışı zamanı ölkələrimiz arasında əməkdaşlığın və yaxınlaşmanın parlaq perspektivləri aydın şəkildə ifadə olundu: "İlk növbədə, bugünkü Sammitdə iştirak etmək üçün Türkmənistan rəhbərliyinə göndərilmiş dəvətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Türkmənistan Prezidenti Serdar Berdıməhəmmədovun və Türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalk Maslaxatının sədri Qurbanqulu Berdıməhəmmədovun İƏT-ə üzv dövlətlərin rəhbərlərinə, hökumət başçılarına və Azərbaycan Prezidentinə salamlarını və dərin ehtiramlarını çatdırmaq istərdim. Türkmənistanın nümayəndə heyəti adından İƏT Sammitinin işinin yaxşı təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan tərəfinə səmimi təşəkkürümü bildirmək istəyirəm".

- Şirkətlər qrupunun regionda gələcək inkişaf planları barədə danışardınız.

- Biz Türkmənistanın dövlət və özəl sektorları ilə əməkdaşlıqda maraqlı olduğumuzu dəfələrlə bildirmişik. 2023-cü ildə mən SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışam, nümayəndəliyin Aşqabadda ofisinin təşkilində və rəsmi açılışında fəal iştirak etmişəm. Amma 2024-cü ildən özəl sektora getdim və indi uzun illərin təcrübəsinə malik olmaqla və Türkmənistanda əməkdaşlığın bütün potensialına bələd olmaqla, mənim üçün prioritet vəzifələrdən biri qrupumuzun filialını qardaş ölkədə açmaqdır. "Black Caspian Logistics and Trading" qrupunun üzvlərinin hər biri öz sahəsində mütəxəssisdir və nəinki konkret spektrli, həmçinin bir sıra kompleks məsələlərin həllini təmin etmək iqtidarındadır. Beləliklə, "Black Caspian Logistics and Trading" investisiya şirkətidir, onun əsas funksiyası Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya və Fars körfəzində müxtəlif biznes sahələrində özünün və tərəfdaş investisiyalarını axtarmaq, öyrənmək, təhlil etmək və cəlb etməkdir. "Əməkdaşlıq və investisiya layihələrinin yol xəritəsi"ni qurmaqla şirkət artıq Türkmənistana təklif etməyə hazırdır:

• Türkmənistan məhsullarının ixrac həcminin artırılmasına köməklik;

• Tranzit yüklərin əlavə həcmlərinin cəlb edilməsi;

• Türkmənistan istehsalçılarının məhsullarının Fars körfəzi ölkələrinin istehlak bazarlarına çıxarılmasına köməklik;

• Türkmənistandakı inkişaf layihələrinə Fars körfəzi ölkələrindən investorların cəlb edilməsi;

• Türkmənistan istehsalçıları üçün Fars körfəzi ölkələrində potensial investorlar və tərəfdaşlarla dəyirmi masaların təşkilinə köməklik.

Şirkətlər qrupunun flaqmanlarından biri də "Azbrand" şirkətidir ki, bütün növ və kateqoriyalardan olan malların beynəlxalq bazarlarda sonrakı satışının reallaşdırılması məqsədi ilə onların düzgün markalanması üçün bazar araşdırması və təhlili ilə məşğul olur.

Regionda gələcək inkişaf planlarından danışarkən, yüksək keyfiyyətli konsultasiya xidmətləri göstərmək, təlim proqramlarını həyata keçirmək və aqrar sektorda qabaqcıl texnologiyaların tətbiqi üçün bizim tərəfimizdən yaradılan Xəzər Regionu Aqrar Tədqiqatlar Mərkəzini (CARCAS) qeyd etmək istərdim.

İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi mövzusuna qayıdaraq əminəm ki, Türkmənistan xalqının ümummilli lideri, Türkmənistan Xalk Maslaxatının sədri Qurbanqulu Berdıməhəmmədovun bu il iyulun 16-da Azərbaycana səfəri iki ölkə və xalqlar arasında münasibətlərin inkişafına nəinki müsbət təsir göstərəcək, həmçinin daha da dərinləşdirəcək və bununla da Azərbaycan və Türkmənistanın təkcə tərəfdaş deyil, həm də qardaş ölkələr olduğunu nümayiş etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see144

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see126

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see115

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see111

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see110

APL klublarının transfer fəallığı

14 İyul 2025 03:41see110

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see110

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri