Icma.az
close
up
RU
Xəzər dənizi ikiyə bölünəcək: Elmi işçinin dediyi elmdir, yoxsa öncəgörücülük?

Xəzər dənizi ikiyə bölünəcək: Elmi işçinin dediyi elmdir, yoxsa öncəgörücülük?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılovun Xəzər dənizində suyun çəkilməsi ilə bağlı verdiyi açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.  O, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizin ikiyə bölünəcəyini proqnozlaşdırıb:

"Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək", deyə Mirnuh İsmayılov qeyd edib.


Xəzər dənizi doğrudanmı ikiyə bölünəcək?

Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılovun Xəzər dənizinin ikiyə bölünməsi ilə bağlı fikirlərini cəfəngiyyat adlandırıb:

"Bu, münəcimmlərin, falçıların proqnozlarına bənzəyir. Elmi işçi öncəgörücüdür, yoxsa? Prosesləri əvvəldən necə görür? Bu mənə maraqlıdır. Onun fikirlərinin heç bir elmi əsası yoxdur. Tektonik proses nəticəsində baş verəcək hadisəni sübut etməlisən. Tektonik proses zəlzələ nəticəsində baş verən hadisədir. Hanı zəlzələ? Xəzər dənizi ilə bağlı müzakirələr çox olur. Bu, suyu qidalandıran çayların azalması və eyni zamanda havanın isti keçməsi ilə bağlıdır. Bir sözü deyirsənsə, elmi əsaslara söykənməlisən və eyni zamanda sübut etməlisən. Bizim dediklərimizin elmi əsası var. Məsələn, suyun miqdarının azalması və s. Mirnuh İsmayılovun fikirlərində mən heç bir elmi əsas görmürüəm. Adam kimlərinsə diqqətini çəkmək istəyir".


Xosrov Musayev hesab edir ki, Xəzər dənizi ilə bağlı müzakirələr çoxaldığından Mirnuh İsmayılov da küyə düşüb:

"Heç dahi alimlər belə bu fikiri söyləyə bilmir. Diqqət çəkmək üçün bu fikirləri deyib, ancaq AMEA-nın səsi çıxmır. AMEA bu fikri ilə demək istəyir ki, biz də varıq. Bilsinlər ki, belə bir elm ocağı var".

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see309

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see299

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see225

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see144

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see142

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see137

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see136

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see134

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see133

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see133

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see129

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri