Icma.az
close
up
RU
Xəzər dənizi qumunun MİSİLSİZ FAYDALARI

Xəzər dənizi qumunun MİSİLSİZ FAYDALARI

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saglamolun.az oxucularına tanınmış həkim-fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.

Məni bu yazını yazmağa vadar edən bizim vətəndaşlarımızın dənizdə istirahət etmək üçün başqa ölkələrə üz tutmasıdır. Əgər insanlar bilsələr ki, Xəzər dənizinin qumunun nə qədər faydaları var, heç yerə getməzlər.

Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Bu nə deməkdir? Biz Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan və Türkiyənin dəniz sahillərindəki qumu müqayisə etsək, görərik ki, Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq  qabiliyyətinə malikdir.

Kvars qumu dəri ilə demək olar tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur, limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur.

Siz bu xüsusiyyətləri Xəzər qumundan başqa heç bir dənizin qumunda tapa bilməzsiniz. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu sürtün, həm dəriniz canlanacaq, həm də hamarlanacaq, yəni təbii şəkildə pillinq olunacaq, bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu da yalnız Xəzər qumuna aid xüsusiyyətdir.

İmkanı olan şəxs səhər saat 12-yə qədər, axşam saat 6-dan sonra dəniz qırağında gəzməyə adət etsin. Uşaqlarınızı da tez-tez aparmağa çalışın, dəniz qırağının havası ilə şəhərin havası arasında çox fərqlər var. Dəniz havası oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. ilə olduqca zəngindir. Dərindən nəfəs alan zaman bunlar bizim ağciyərlərimizə daxil olur, oksidləşmə-reduksiya prosesini sürətləndirir (ona görə dəniz qırağında adam tez acır) və orqanizmin həyat qabiliyyətini artırır.

Xəzərin həm havası, həm də qumu D vitamininə olan tələbatı təmin edir ki, bu da raxit xəstəliyinin qarşısını almaq üçün ən yaxşı vasitədir.

Ələt və Pirşağıda qırmızı kitaba düşmüş qırmızı kvars qum var ki, bu qum sağlamlıq üçün daha faydalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri