Xəzər dənizində balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə ekspedisiya yekunlaşıb FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci il 13–23 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə keçirilən ekspedisiya uğurla yekunlaşıb.
"Unikal" xəbər verir ki, ekspedisiya AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də Türkiyə Respublikasından dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilib.
Ekspedisiya müddətində Xəzər dənizinin müxtəlif bölgələrində, həmçinin daxili su hövzələrində balıq və digər su bioresurslarının populyasiyası, biomüxtəlifliyi və ekoloji vəziyyəti ilə bağlı nümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.
Eyni zamanda, balıqların yem bazasının öyrənilməsi məqsədilə götürülmüş su nümunələri hazırda laboratoriya şəraitində təhlil olunur. Toplanmış nəticələr əvvəlki illərin göstəriciləri ilə müqayisə edildikdən sonra yekun hesabat hazırlanacaq. Hesabat əsasında 2026-cı il üçün balıq ov kvotalarının müəyyənləşdirilməsi və su bioresurslarının davamlı idarə olunması istiqamətində təkliflər hazırlanacaq.
Yekun hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 23 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















