Icma.az
close
up
RU
Xəzər dənizindəki bu görüntüləri görənlər İNANMADI: Yenidən baş verə bilər

Xəzər dənizindəki bu görüntüləri görənlər İNANMADI: Yenidən baş verə bilər

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Dağıstanın Xəzər dənizi sahillərində nadir və diqqətçəkən bir təbiət hadisəsi müşahidə olunub. Yerli sakinlərin lentə aldığı mənzərə xarici görünüşünə görə tornadonu xatırladıb və qısa zamanda geniş maraq doğurub. Dənizin üzərində formalaşan bu güclü burulğan vizual olaraq qorxulu mənzərə yaradıb.

Bəs belə bir hadisənin Xəzər dənizində baş verməsi nə dərəcədə normaldır və gələcəkdə yenidən təkrarlana bilərmi?

Məsələ ilə bağlı Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov News24.az-a açıqlamasında bildirib ki, tornado hadisəsi yalnız okeanlar üzərində baş vermir, əksər hallarda sahil zonalarında da müşahidə olunur:

"Xəzər dənizi üçün belə burulğanlar nadir hallarda baş verir. Tornadolar əsasən Şimali Amerika və bəzən də Avropa ölkələrində yaranır. Bununla belə, Xəzər dənizində bu, ilk belə hadisə deyil. İllər öncə, 2012-ci ildə də oxşar burulğanlar müşahidə olunmuşdu. Amma bunları tam olaraq tornado adlandırmaq düzgün deyil. Bu, bir növ hava burulğanıdır".

Səid Səfərovun sözlərinə görə, belə burulğanlar kifayət qədər güclüdür və keçdiyi ərazilərdə dağıntılara səbəb ola bilər:

"Bu hava hadisəsinin yaranmasının əsas səbəbi nisbətən soyuq havanın isti hava kütləsinə qarşı əks istiqamətdə hərəkət etməsidir. Əgər iqlim şəraiti imkan verərsə, gələcəkdə belə burulğanlar yenidən baş verə bilər. Lakin Azərbaycanda onun tez-tez yaranması üçün uyğun hava şəraiti çox aşağıdır".

Aqil Qarayev 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri