Xəzər dənizinin səviyyəsi azalır: Ekosistemlər təhlükə altındadır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
"Xəzərin səviyyəsinin aşağı düşməsi artıq mətbuatda və bütün görüşlərdə çox geniş müzakirə mövzusu olub. Dənizin səviyyəsi azalır və şimal hissə dayaz olduğu üçün daha çox itkilər orada olur. Biz suitilərin artım yerlərini itirmişik. Dayazlıqlarda nərə balıqlarının Volqa çayına, Ural çayına keçməsində problemlər yaranıb".
Bu sözləri Ölkə.az-a açıqlamasında ekoloq Rövşən Abbasov Xəzər dənizinin səviyyəsinin azalmasından danışarkən deyib.
Onun sözlərinə görə, bizim özümüzdə də səviyyənin aşağı düşməsi nəticəsində Kür çayının mənsəb hissəsində kifayət qədər dəniz, çay ekosistemləri dəyişmələrə, deqradasiyaya uğrayıb:
"Bunun qarşısını almaq üçün mütləq bir şəkildə bu dəyişiklərə adaptasiya olunmaq lazımdır. İndi hazırda Xəzəryanı ölkələrin təşkil etdiyi birgə komissiyalar bu məsələlər barədə çalışır. Dənizə tökülən suların miqdarının artırılması, dəniz ekosistemlərinin bərpa olunması istiqamətində çox böyük işlər görülür. Hesab edirəm ki, yaxın gələcəkdə biz əhəmiyyətli dəyişikliklərin şahidi olacağıq".
Həmidə İbrahimova
Baxış sayı:78
Bu xəbər 04 Mart 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















