Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Məktəb və universitetlər hansı ərazilərə köçürülə bilər?

Məktəb və universitetlər hansı ərazilərə köçürülə bilər?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Dövlət Proqramına əsasən, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək və müvafiq təkliflər hazırlanacaq.

2025−2029-cu illər ərzində bu istiqamətdə təhlillər aparılacaq, təkliflər hazırlanacaq və aidiyyəti qurumlarla razılaşdırılacaq, həmin təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.

Maraqlıdır, bu yerdə ediləcək hansı təkliflər daha əlverişli olar?

Baş verəcək yeniliklər təhsil sisteminə necə təsir edər?

News24.az  xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, pik saatlarda tıxacların 30-40%-i məhz məktəblərə və universitetlərə gedən şagirdlər və tələbələrlə bağlıdır:

"İlk növbədə qeyd edim ki, hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır. Bundan əlavə, müxtəlif səviyyəli məktəblərdə 600 mindən artıq şagird təhsil alır. Bu qədər təhsilalanın hər gün şəhər daxilində hərəkəti əsas yolların yüklənməsinə və tıxacların artmasına səbəb olur. Pik saatlarda tıxacların 30-40%-i məhz məktəblərə və universitetlərə gedən şagirdlər və tələbələrlə bağlıdır".

Bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə tədbirlər görülə bilər...

"Birincisi, məktəb və universitet avtobuslarının tətbiqi effektiv bir həll yolu ola bilər. Hazırda valideynlərin şəxsi avtomobillərlə məktəbə uşaq aparması səhər saatlarında yolların həddən artıq yüklənməsinə səbəb olur. Əgər dövlət tərəfindən və ya özəl təşəbbüslərlə məktəb avtobusları sistemi qurularsa, valideynlərin fərdi nəqliyyat vasitələrindən istifadəsi azalacaq və yollar daha rahat olacaq. Məsələn, ABŞ və Avropada məktəb avtobusları bu məqsədlə effektiv şəkildə istifadə olunur və həmin ölkələrdə bu sistem tıxacların qarşısını almaqda mühüm rol oynayır.

İkincisi, təhsil müəssisələrinin dərs saatlarının fərqli vaxtlarda başlanması nəqliyyat axınının tənzimlənməsinə kömək edə bilər. Məktəb və universitetlərin eyni vaxtda fəaliyyətə başlaması səhər saatlarında nəqliyyat sıxlığını artırır. Əgər bəzi məktəblərin dərs saatı 8:30 və ya 9:00-a, bəzi universitetlərin isə 10:00 və ya daha gec başlanması təmin edilsə, bu yollardakı yükü mərhələli şəkildə bölüşdürər. ABŞ və Böyük Britaniya kimi ölkələrdə təhsil müəssisələrinin dərs saatlarının müxtəlif vaxtlarda başlaması nəqliyyat axınının tənzimlənməsinə kömək edib və sıxlığı təxminən 15-20% azaldıb.

Üçüncüsü, universitetlərin şəhərdən kənara köçürülməsi nəqliyyat sıxlığının azaldılması baxımından da effektiv yanaşma ola bilər. Hal-hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblər mərkəzi yolların üzərində yerləşir və bu da tıxacların yaranmasında əsas faktorlardan biridir. Əgər bu universitetlər Xırdalan, Sumqayıt, Hövsan, Qaradağ və Pirallahı kimi ərazilərə köçürülərsə, tələbələrin və akademik heyətin hərəkəti şəhərdən kənara yönələr və yollardakı sıxlıq azalar. Dünya təcrübəsində də universitetlərin şəhər kənarına köçürülməsi geniş tətbiq olunur. Məsələn, Almaniyada Heidelberg Universiteti, Türkiyədə ODTÜ və Bilkent şəhər kənarında yerləşərək müasir kampus şəraiti yaradır və şəhər nəqliyyatına yük salmır.

Dördüncüsü, ictimai nəqliyyatın gücləndirilməsi və tələbə kartlarının tətbiqi fərdi nəqliyyat vasitələrindən istifadənin azalmasına səbəb ola bilər. Məsələn, Almaniyada tələbələr üçün xüsusi aylıq nəqliyyat kartları var və tələbələr metro, avtobus və tramvaylardan güzəştli qiymətlə istifadə edirlər. Bakıda da bu sistemin tətbiqi həm ictimai nəqliyyata keçidi artırar, həm də şəhər nəqliyyatının yükünü azaldar", - deyə o əlavə edib.

K.Əsədov vurğulayıb ki, bu yeniliklərin təhsil sisteminə bir neçə müsbət təsiri olacaq:

"• Davamiyyət artacaq: Nəqliyyat problemlərinin azalması nəticəsində tələbələr və şagirdlər dərslərə vaxtında çata biləcək.

• Tədris keyfiyyəti yüksələcək: Tıxacda uzun müddət qalan şagirdlər və müəllimlər fiziki yorğunluq hiss edir ki, bu da dərs prosesinə mənfi təsir göstərir.

• Valideynlərin yükü azalacaq: Məktəb avtobuslarının tətbiqi ilə valideynlər uşaqlarını məktəbə aparmaq üçün əlavə vaxt sərf etməyəcək.

• Ekoloji təsir: Avtomobillərin istifadəsinin azalması karbon emissiyalarını da azaldacaq və şəhərin hava keyfiyyəti yaxşılaşacaq.

Nəticədə Bakıda təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsirinin araşdırılması və uyğun təkliflərin hazırlanması şəhər infrastrukturunun dayanıqlılığını artıracaq. Məktəb avtobuslarının tətbiqi, dərs saatlarının mərhələli şəkildə başlanması, universitetlərin şəhərdən kənara köçürülməsi və ictimai nəqliyyatın gücləndirilməsi kimi addımlar bu problemi həll etməyə kömək edə bilər. Azərbaycanın bu sahədə beynəlxalq təcrübədən yararlanaraq sistemli və uzunmüddətli həllər hazırlaması şəhərin yükünü azaldacaq ", - deyə o qeyd edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə bildirib ki, məktəblərin nəqliyyat sıxlığı ilə bağlı müxtəlif praktikaları, beynəlxalq təcrübələri var:

"Bununla bağlı ən önəmli təcrübələrdən biri məktəb avtobuslarının olmağıdır. Məktəb avtobusu olanda hər kəs öz valideyninin avtomobili ilə gəlmir. O zaman uşaqlar üçün məktəbə gəlib-getmək daha rahat olur. Məktəb avtobusları avtobus zolaqları ilə hərəkət etdiyi üçün uşaqlar da vaxtında gəlib məktəblərinə çata bilirlər və etibarlı olur. Çünki avtobus zolaqlarında başqa avtomobillər olmur. Ona görə də düşünürəm ki, bu praktika Azərbaycanda da tətbiq oluna bilər. Müvafiq qurumlar tərəfindən hər məktəb üçün lazımı sayda avtobuslar təşkil olunsa, düşünürəm ki, problem həll olunar və sıxlığın qarşısı xeyli alına bilər".

Ekspert qeyd edib ki, bir digər məsələ isə Azərbaycanda məktəblərin səviyyəsinin mərkəzi yerlərlə kənar zonalar arasında fərqli olmasıdır.

"Məktəblər arasında belə bir fərqin olması əlbəttə ki, valideynləri vadar edir ki, onlar kənarda yaşasalar belə mərkəzi yerlərdəki məktəbə uşaqlarını qeydiyyatdan keçirsinlər. Məsələn, Binədə yaşayan bir şagird hər gün şəhərin mərkəzinə məktəbə gəlir. Bu əlbəttə ki, həm təhlükəlidir, həm nəqliyyat sıxlığının artmasına səbəb olur, həm də vaxt itkisidir. Amma həqiqətən də sistemi bir az daha inkişaf etdirə bilsək, kənar yerlərdə yerləşən məktəblərin mərkəzdə yerləşən məktəblərdən bir fərqi qalmasa, bu məsələni insanların təfəkküründə yerləşdirə bilsək və təmin edə bilsək, uşaqlar məktəb üçün şəhər mərkəzinə gəlməyəcək, öz evinə yaxın olan məktəbə getməyi seçəcək",- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Fevral 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri