Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Xəzər niyə quruyur? Səbəblər və çıxış yolu

Xəzər niyə quruyur? Səbəblər və çıxış yolu

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizinin xeyli hissəsinin quruması artıq açıq şəkildə görünür. Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, əsrin sonunadək Xəzərin səviyyəsinin 10 metrdən çox enəcəyi gözlənilir. Bəs bu prosesə necə mane olmaq mümkündür? Xəzərin suyunun kəskin azalması hansı nəticələrə səbəb ola bilər?

Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov Metbuat.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi tarixən həmişə olub:

“Son 2000 ildə Xəzər dənizinin səviyyəsində maksimum 12 metrə qədər tərəddüd müşahidə edilib. Son 300 ildə isə bu dəyişmə cəmi 5 metr olub. Bununla belə, qısa müddətdə bu qədər azalmanın baş verməsi tədqiqatçıları, mütəxəssisləri və Xəzəryanı ölkələri narahat edir. Bəzən əsrin sonuna qədər Xəzər səviyyəsinin daha 10 metr enəcəyi ilə bağlı proqnozlar verilir. Lakin əgər son 300 ildə dəyişmə 5 metr idisə, qarşıdakı 75 ildə əlavə 5 metr və ümumilikdə 10 metr enmə ehtimalı şübhəli görünür. Rusiya Okeanoqrafiya İnstitutunun Xəzər və Volqa hövzəsi üzrə çalışan alimləri də belə ekstremal enmə proqnozlarını müdafiə etmirlər. Tarix göstərir ki, müəyyən dövrdən sonra səviyyə yenidən yüksələ bilər. Məsələn, 1977-ci ildən əvvəl səviyyə aşağı idi, sonra isə kəskin artdı”.

R.Mahmudov qeyd edib ki, səviyyənin həm qalxması, həm də düşməsi Xəzəryanı ölkələr üçün ciddi iqtisadi, infrastruktur, bioloji, nəqliyyat və enerji daşımaları baxımından problemlər yaradır:

“Mövcud şəraitdə iqlim dəyişmələrinin təsiri ilə Xəzərin və digər su obyektlərinin səviyyəsində baş verən azalmanın qarşısını təbii amillərlə almaq mümkün deyil. Ancaq antropogen təsirlərin azaldılması və uyğunlaşma tədbirləri həyata keçirilə bilər. COP28, COP29 və COP30-da da əsas müzakirə mövzularından biri məhz iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma məsələsidir. Xəzərin səviyyə tərəddüdlərinə uyğunlaşma prinsipləri hazırlanmalı, Xəzəryanı ölkələr bu dəyişikliklərlə bağlı hansı tədbirləri daha əvvəl görməli olduğunu müəyyən etməlidirlər”.

Professorun sözlərinə görə, dünyada və ölkəmizdə su ehtiyatlarının azalması birbaşa iqlim dəyişmələri ilə bağlıdır:

“Buxarlanma artır, yağıntılar azalır və çaylar, göllər, yeraltı sular kimi su obyektləri iqlimdən asılı olduğu üçün bu dəyişikliklər öz təsirini göstərir. Bu, bizim regionumuzda çayların suyunun, yeraltı suların və qar-buz ehtiyatlarının azalmasında özünü büruzə verir. Ölkəmizdə bu sahədə Milli Su Strategiyası qəbul edilib və su ehtiyatlarından səmərəli istifadə və mühafizə ilə bağlı Prezident Sərəncamı mövcuddur. Bu çərçivədə su anbarlarının tikilməsi, alternativ su mənbələrinin aşkar edilməsi, sudan qənaətlə istifadə kimi qabaqlayıcı tədbirlər həyata keçirilir. Dünyada su təminatı yaxşı, orta və zəif olan ölkələr var. Təəssüf ki, biz zəif su təminatı olan ölkələr sırasındayıq. Buna baxmayaraq, suvarma və su təsərrüfatı sahəsində görülən tədbirlər böyük böhranların qarşısını almağa yönəlib”.

R.Mahmudovun fikrincə, ölkəmizin şirin su ehtiyatlarının texniki məqsədlərlə istifadə edilməsi düzgün deyil:

“Bəzi sənaye sahələrində bu hələ də davam edir və bu məsələnin həlli vacibdir. Texniki sulardan təkrar istifadə, onların təmizlənməsi, suvarmada və kənd təsərrüfatında yenidən tətbiqi kimi məsələlər öz həllini tapmalıdır. Ümumilikdə, iqlim dəyişmələrinin təsiri ilə baş verən proseslərə insanların və dövlətlərin öz fiziki-coğrafi şəraitinə uyğunlaşması təmin edilməlidir. Bu prosesin qarşısını tam almaq mümkün olmasa da, uyğunlaşma tədbirləri ilə mənfi təsirlər minimuma endirilə bilər”.

"Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli da öz açıqlamasında Xəzərin suyunun çəkilməsi və səviyyəsinin enməsi ilə bağlı “kritik durum” fikri ilə tam razı olmadığını bildirib.

O qeyd edib ki, əgər vəziyyət həqiqətən kritik olsaydı, Azərbaycan Nazirlər Kabineti bununla bağlı ciddi komissiya yaradardı, geniş ekspedisiyalar təşkil olunardı, dənizin müxtəlif nöqtələrində ölçmələr aparılardı. Eyni şəkildə nə Akademiyada, nə də coğrafiya fakültələrində Xəzərlə bağlı son dövrlərə dair xüsusi kafedralar və ya elmi qruplar formalaşdırılmayıb.

“Bununla belə, səviyyənin gözlə görünəcək dərəcədə enməsi aydındır. Kritik olmasa da, həm naviqasiyaya təsir baxımından, həm sahilyanı ərazilərdə səhralaşmanın artması, həm də mineralların gələcəkdə insan sağlamlığı üçün risk yaratması baxımından ciddi siqnallar var. Necə deyərlər, bəzən səssiz siqnal daha güclü olur. Buna görə də məsələ çox ciddi şəkildə düşünülməlidir. Son vaxtlar Lənkəranda dənizin geri çəkilməsi nəticəsində torpaqdan ağac köklərinin, qədim meşə izlərinin üzə çıxdığı deyilir. Bu, Xəzərin tarixən dəfələrlə geri çəkilib irəlilədiyini göstərir. Deməli, panikaya gərək yoxdur. Amma bu, tədbirsiz qalmaq demək də deyil. Suyun çəkildiyi ərazilərdə şoranlığa davamlı bitkilər əkilməlidir ki, küləklər həmin mineralları havaya qaldıraraq insanlara və ölkənin digər bölgələrinə zərər verməsin, səhralaşma sürətlənməsin. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, müvafiq fakültələr və Nazirlər Kabineti addımlar atmalı, qərarlar verməlidirlər. Eyni zamanda könüllülüyün təşviqi, QHT-lərlə müxtəlif ekoloji layihələrin həyata keçirilməsi də vacibdir”.

Ekoloq da təsdiqləyib ki, Yer üzündə su qıtlığı həmişə olub. Onun sözlərinə görə, 21-ci əsrdə qlobal istiləşmə, quraqlığın artması və yağıntıların azalması fonunda bu vəziyyət daha kəskin hiss olunmağa başlayıb:

“Əslində, şirin su ehtiyatları hələ tükənməyib – Qrenlandiya, Antarktida və dağ buzlaqları mövcuddur. Azərbaycanda isə Qarabağın azad olunmasından sonra su ehtiyatlarımızın artması daha aydın hiss olunur. Bununla belə, suya qənaət edilməli, su ehtiyatları qorunmalıdır. Qlobal istiləşmənin Azərbaycana təsirinə gəlincə, əsas məsələ transsərhəd Kür çayıdır. Çay Türkiyə və Gürcüstan ərazisindən keçərkən suvarmaya cəlb olunur və nəticədə Azərbaycanın aşağı axarında su azalması yarana bilər. Amma hazırda nə dünyada, nə də bizdə su qıtlığı səviyyəsində kritik vəziyyət müşahidə olunmur. Əsas təsir Xəzərin səviyyəsinin azalmasında özünü göstərir. Suvarılan ərazilərə isə hələlik ciddi təsiri yoxdur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri