Bakıda sürücülər və piyadalar üçün təhlükə: Açıq quyu qəza riski yaradır
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Söhbət 3-cü mikrorayon ərazisində, Seyid Cəfər Pişəvəri küçəsində, daha dəqiq desək, 508 nömrəli avtobusun son dayanacağında yerləşən yoldan gedir.
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.
Yolun hərəkət hissəsində yaranmış problem ciddi təhlükəyə çevrilib. Hətta bir neçə gün əvvəl sərnişinin ayağı həmin quyuya düşərək xəsarət alıb.
Yolun ortasında qapağı olmayan kanalizasiya quyusu insanların həyatı üçün risk yaradır. Quyunun qapağının olmaması ilə yanaşı, baş verə biləcək təhlükə ilə bağlı sürücüləri və piyadaları xəbərdar edən hər hansı nişan da qoyulmayıb.
Bu vəziyyət həm piyadalar, həm də avtomobillər üçün təhlükə yaradır.
Bu mövzuda digər xəbərlər:Bakıda gizlənqaç oynadan keçid: Sürücülər üçün sürpriz, piyadalar üçün təhlükə mənbəyi
17 May 2025 21:00
Bakıda bu dairə sürücülər üçün təhlükə yaradır Hər gün qəza olur
11 İyul 2025 11:03
Xətaidə kanalizasiya problemi: Üstü açıq quyu sakinlər üçün təhlükə yaradır
10 Sentyabr 2026 16:14
Bakıda güclü qar: Sürücülər və piyadalar üçün vacib tövsiyələr
23 Fevral 2025 21:46
Bakıda piyadalar və sürücülər üçün yaranan xaotik vəziyyət aradan qaldırılıb
14 İyul 2025 11:02
Baxış sayı:118
Bu xəbər 01 Oktyabr 2026 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















