Icma.az
close
up
RU
Xəzər quruyur? Su yenidən qalxsa, bunlar baş verəcək

Xəzər quruyur? Su yenidən qalxsa, bunlar baş verəcək

Lent az saytına istinadən Icma.az xəbər verir.

Son illər Xəzər dənizinin sahildən nəzərəçarpacaq dərəcədə geri çəkilməsi ciddi narahatlıq doğurur. Bakının bəzi ərazilərində suyun əvvəlki xəttindən xeyli uzaqlaşması bir əsas sual formalaşdırır: Xəzər niyə çəkilir və gələcəkdə bizi hansı ssenari gözləyir?

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev Lent.az-a açıqlamasında bildirib ki, dəniz suyunun yalnız bir istiqamətdə azalması mümkün deyil:

“Xəzər dənizi yalnız bir istiqamətdə geri çəkilmir. Xəzərin suyu ümumilikdə azalır və dənizin bütün sahillərində geri çəkilmə müşahidə olunur. Tutaq ki, Xəzərin səviyyəsi Azərbaycan tərəfdən bir metr aşağı düşürsə, İran tərəfdə heç dəyişməməsi mümkün deyil. Su mayedir və həmişə eyni müstəvini yaradır.

Geri çəkilmənin sahildə necə görünməsi dənizin dib relyefindən asılıdır. Dib dayazdırsa, suyun azacıq enməsi belə, sahilin xeyli geri çəkildiyi təəssüratını yaradır. Dib dərindirsə, səviyyənin enməsi sahildə o qədər də nəzərə çarpmır. Yəni Xəzərin geri çəkilməsi nisbi anlayışdır və bunun görünüşü birbaşa dib relyefi ilə bağlıdır.

Yer kürə şəklində olduğu üçün Şimal hissədə Xəzər dənizi dayazdır. Bəzi ərazilərdə dərinlik 2, 5 və ya 10 metrə çatır. Cənubda, İran istiqamətində isə dərinlik min metrdən artıqdır. Buna görə də suyun səviyyəsinin azalması şimal hissədə daha aydın və sürətli geri çəkilmə kimi görünür. Dərin ərazilərdə isə bu proses o qədər hiss olunmur.

Bəzən Bakının yerləşdiyi istiqamətdə suyun daha çox azalması barədə danışılır. Ancaq dəniz suyunun yalnız bir istiqamətdə azalması mümkün deyil. Su dənizdə bərabər paylanır. Yer kürə formasında olduğuna və Xəzər dənizi şimaldan cənuba doğru uzandığına görə onun ayrı-ayrı hissələrinin coğrafi xüsusiyyətləri fərqlənir.

Xəzər dənizinin cənub hissəsi, İran sahilləri istiqamətində olan ərazi daha dərindir. Buna görə də burada böyük həcmdə su toplanır. Ekvatora doğru yaxınlaşdıqca coğrafi və relyef şəraiti də dəyişir. Bu, məsələnin bir tərəfidir.

Xəzərin geri çəkilməsinin səbəblərindən danışarkən bəziləri tektonik prosesləri əsas gətirir. Mən bununla tam razılaşmıram. Xəzər dənizinin altında onu gah endirən, gah da qaldıran hansısa yay yoxdur. Əksinə, Qafqaz dağları və ətraf ərazilər tektonik proseslərin təsiri ilə ildə bir neçə millimetr qalxır. Bu dəyişiklik yüz və min illərlə hesablandıqda böyük rəqəmə çevrilir. Lakin indiki mərhələdə Xəzərin səviyyəsinin azalmasında tektonikanın həlledici rol oynadığını söyləmək düzgün olmaz.

Xəzərin suyu azaldıqca, təbii olaraq, onun tərkibindəki duzların və digər maddələrin konsentrasiyası arta bilər. Lakin bu da mütləq deyil.

Xəzər ətrafındakı zavod və fabriklər fəaliyyətini dayandırsa, yaxud dənizə axıdılan çirkli suların həcmi azalsa, suyun çirklənməsi və bəzi maddələrin konsentrasiyası artmaya da bilər. Hətta azala bilər. Bununla belə, suyun həcminin azalması ümumi konsentrasiyaya müəyyən təsir göstərir.

Xəzər dənizinin hazırkı geri çəkilməsi və suyunun azalması onun səviyyə tərəddüdü adlanan təbii xüsusiyyətidir. Bu proses Xəzər yarandığı vaxtdan mövcuddur. Elə dövrlər olub ki, Xəzərin səviyyəsi indikindən xeyli yüksək olub. Dənizin suları şimala doğru çox geniş əraziləri əhatə edib. Vaxt olub ki, Xəzər dənizi Moskvanın altına, Xvalın tirələrinə çatıb. Həmin dövr geologiyada Xvalın dövrü adlandırılır”.

Ekoloq qeyd edib ki, keçmişdə Xəzər dənizinin səviyyəsi həddindən artıq yüksəlib:

“Müəyyən dövrlərdə onun Aralıq dənizi və Dünya okeanı hövzəsi ilə əlaqəsinin olması barədə də elmi fikirlər mövcuddur. Bugünkü Xəzər isə həmin qədim Xəzərlə müqayisədə daha kiçikdir.

Hazırda Xəzər dənizi dəniz səviyyəsindən təxminən 28 metr aşağıdır. Xəzər 36 metr qalxsa, o, Kuma-Manıç çökəkliyi vasitəsilə başqa dəniz hövzələri ilə əlaqə yarana bilər.

Xəzərin səviyyəsində belə dəyişikliklər əvvəllər də baş verib. 1970-ci illərdə də dənizin səviyyəsi xeyli aşağı düşmüşdü. Sonralar Xəzərə tökülən çaylar və digər su mənbələri ilə bağlı müxtəlif layihələr həyata keçirildi. Eyni zamanda, Xəzərin şərqində yerləşən Qaraboğazgöl körfəzinə su axınının qarşısı alındı. Bundan sonra dənizin səviyyəsi sürətlə qalxmağa başladı.

Səviyyənin yüksəlməsi nəticəsində sahilyanı ərazilərdə ciddi problemlər yarandı. İnfrastrukturun bir hissəsi su altında qaldı və ya yararsız vəziyyətə düşdü. Lənkəran istiqamətində dəmir yolunun altına qədər dəniz suyunun çatdığı, relslərin isə suyun üzərində qaldığı hallar müşahidə edilmişdi. Bunların hamısı Xəzərin səviyyəsinin qalxdığı dövrdə baş vermişdi.

Xəzərin səviyyəsinin qalxıb-enməsi təbii prosesdir. Xəzərin yaşı iki yüz milyondur. Bütün bu müddət ərzində onun səviyyəsi dəfələrlə dəyişib.  Yağıntılı dövr başlasa, Bakıya və Xəzər hövzəsinin digər ərazilərinə əvvəlki illərdə olduğu kimi bol qar və yağış yağsa, çayların sululuğu artsa, dənizin səviyyəsi yenidən yüksələ bilər.

Xəzərin su topladığı hövzənin sahəsi təxminən dörd milyon kvadratkilometrdir. Bu böyük ərazidə yağıntıların artması, çayların su ilə yaxşı təmin olunması və Xəzərə daha çox su gətirməsi dənizin səviyyəsinin yenidən qalxmasına səbəb ola bilər. Belə bir yüksəlmə baş verərsə, bu dəfə də sahilyanı infrastruktura müəyyən ziyan dəyə bilər”.

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ilin ilk 7 ayı ərzində respublika ərazisində 25 çimərlikdən, 168 axardan və 66 limandan ümumilikdə  569 nümunə götürülərək 18632 analiz aparılıb:

“Xəzər dənizinin ekoloji vəziyyətinə diqqətin artırılması, onun unikal ekosisteminin və zəngin su bioresurslarının qorunmasının vacibliyinin bir daha vurğulanması baxımından mühüm tarixdir.

Xəzərin qorunması yalnız bu sahəyə cavabdeh dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Biz də öz fəaliyyətimiz çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində monitorinq və nəzarət tədbirlərini həyata keçirir, su obyektlərinin çirklənməsinin qarşısının alınması və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görürük.

Belə ki, Xəzər dənizinin sahilboyu zolağında suyun vəziyyətinin öyrənilməsi və çirklənmə hallarının müəyyən edilməsi məqsədilə mütəmadi olaraq monitorinq və nəzarət tədbirləri həyata keçirilir. 2026-cı ilin ilk 7 ayı ərzində respublika ərazisində 25 çimərlikdən, 168 axardan və 66 limandan ümumilikdə  569 nümunə götürülərək 18632 analiz aparılıb. Su obyektlərinin vəziyyətinin daim nəzarətdə saxlanılması məqsədilə bu monitorinq tədbirləri il ərzində mütəmadi olaraq davam etdirilir.

Eyni zamanda, nəzarət tədbirləri zamanı su qanunvericiliyinin tələblərinin pozulması hallarına da xüsusi diqqət yetirilir. Tullantı sularının lazımi təmizləyici qurğular olmadan su obyektlərinə axıdılması, su obyektlərinin qanunsuz zəbt edilməsi və digər bu kimi hallar aşkarlandıqda, dərhal qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Pozuntunun xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq, təqsirkar şəxslər barəsində İnzibati Xətalar Məcəlləsi və ya Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülür. Belə ki, 40 dan çox subyekt barəsində İXM-nin müvafiq maddələrinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunmuş və yol verilmiş nöqsanlar aradan qaldırılıb.

Dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirməklə insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirməklə balıq və digər su bioresurslarına əhəmiyyətli zərərin vurulması ilə nəticələnən hallar olduqda isə bu hərəkətlərə yol vermiş şəxslər barəsində toplanılmış materiallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Xəzər dənizinin ekoloji təhlükəsizliyinin və su bioresurslarının qorunması bizim üçün əsas prioritetlərdəndir. Bu məqsədlə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi ilə bağlı  Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı, və Nazirlər Kabinetinin müvafiq qərarları təsdiq edilib.

Bu baxımdan, Xəzər dənizinin suyundan balıqçılıq, sənaye və qanunvericilikdə nəzərdə tutulan digər məqsədlər üçün istifadə ilə bağlı daxil olan müraciətlərə qanuna müvafiq qaydada araşdırılıb və Xəzər dənizinin ekosisteminə, su bioresurslarına və hidroloji rejiminə yarana biləcək təsirlər qiymətləndirilərək tələblərə cavab verən subyektlərə müvafiq icazələr verilib. İcazələrin verilməsi Xəzər dənizindən götürülən suyun və təmizlənərək axıdılan tullantı sularının uçotunun düzgün aparılmasına mühüm töhfə verəcəkdir”.

Qurumdan bildirilib ki, ADSEA yanında SİMDNX tərəfindən su obyektlərinin çirklənmədən qorunması, su ehtiyatlarından səmərəli istifadə və ətraf mühitin mühafizəsi ilə bağlı əhalinin və sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici videoçarxlar hazırlanır:

“Bu videoçarxlar qurumun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında yayımlanaraq daha geniş auditoriyanın diqqətinə çatdırılır. Hazırlanan videoçarxların əsas məqsədi cəmiyyətdə su ehtiyatlarının qorunmasına diqqətin gücləndirilməsi və ətraf mühitə qarşı daha məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

Sonda ictimaiyyətə müraciət edərək bildirmək istərdik ki, Xəzəri qorumaq hər birimizin borcudur. Gəlin, bu misilsiz sərvəti birlikdə qoruyaq və gələcək nəsillərə təmiz Xəzər miras qoyaq”.

Yazı Medianın İnkişafı Agentliyinin “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Avqust 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri