Icma.az
close
up
RU
Xəzər quruyur: Azərbaycanı nələr gözləyir?

Xəzər quruyur: Azərbaycanı nələr gözləyir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı narahatedici görüntülər yayılmaqda davam edir.

Son görüntüləri tanınmış memar Elçin Əliyev ictimaiyyətlə bölüşüb.Memarın sözlərinə görə, dənizdə geri çəkilmə prosesi artıq açıq şəkildə müşahidə olunur və xüsusilə Bakı buxtasında ciddi dayazlaşma baş verir.

O bildirib ki, mövcud vəziyyət təkcə lokal problem deyil, daha geniş regional ekoloji böhranın tərkib hissəsidir. "Əgər nəzərə alsaq ki, Aral dənizi faktiki olaraq yoxa çıxıb, Ürmiyə gölü quruma həddinə çatıb, Azov dənizi yarıya qədər dayazlaşıb, Volqa çayı isə ciddi problemlərlə üz-üzədir - bu fonda heç nə baş vermirmiş kimi davranmaq sadəlövhlükdür”, - o vurğulayıb.

Elçin Əliyev hesab edir ki, sürətlə dayazlaşan Bakı buxtasının gələcək taleyi yaxın onilliklər üçün şəhərsalma siyasətinin əsas çağırışına çevrilməlidir.

Onun fikrincə, problemə sistemli yanaşma və strateji planlaşdırma tələb olunsa da, bu istiqamətdə indiyədək hər hansı konkret sənəd və ya qərar qəbul edilməyib.

Memar diqqətə çatdırıb ki, belə bir kritik dövrdə məsələnin diqqətdən kənarda qalması xüsusilə narahatlıq doğurur. Belə ki, Dünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirə cəmi iki aydan az vaxt qalıb, lakin Bakı buxtasının taleyi ilə bağlı hələ də aydın yol xəritəsi yoxdur.

Bəs Bakı buxtasının gələcəkdə tamamilə quruma ehtimalı varmı? Əgər proses belə davam edərsə, yaxın 10-20 ildə hansı ssenarilər mümkündür?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında ekoloq Fikrət Cəfərov bildirib ki, Bakı buxtasında suyun səviyyəsinin azalması artıq açıq şəkildə müşahidə olunur və bu prosesin tarixi əsasları da mövcuddur:

"Bakı buxtası əvvəllər düz Qız qalasının yanından başlayırdı. İkinci məsələ isə sulara qərq olmuş "Bayıl daşları" bir vaxtlar ada olub. Hazırda həmin daşlar suyun altından çıxaraq görünür. Halbuki həmin ərazidə vaxtilə qala mövcud olub və bu qala Xəzərin Bakı buxtasını mühafizəsini təmin edən, qoruyan əsas müdafiə nöqtələrindən biri sayılırdı.

O dövrdə həmin ada tam şəkildə quru idi və üzərində qala tikilmişdi. Ümumilikdə, Bakı buxtasına baxanda biz Xəzər dənizinin səviyyəsində ciddi dəyişikliklər müşahidə edirik. Bu fərq təxminən 7–8 metrə çatır. Bu gün Bakı buxtasının sahilyanı dərinliyi təxminən 3,5–4 metrdir.

Proqnozlar göstərir ki, su səviyyəsinin azalması prosesi davam edir. Alimlərin fikrincə, bu azalma 1,5 - 2,5 metrədək davam edə bilər. Bu, dəqiq təsdiqlənməsə də, ehtimal kimi nəzərdən keçirilir".

Ekoloq əlavə edib ki, bu rəqəmləri əsas götürsək, görürük ki, dəniz sahildən 10–15 metr, hətta ola bilsin 20 metrə qədər geri çəkilə bilər:

"Buna baxmayaraq, buxta deyilən ərazi qalacaq. Suyun səviyyəsi aşağı düşsə belə, Bakı buxtası tam şəkildə məhv olmayacaq. Ehtimal olunur ki, gələcəkdə əsas limanın yeri Nargin adası ətrafında formalaşa bilər. Nargin adasının dərinliyi 10 metrdən artıqdır. Doğrudur, müxtəlif proqnozlar səsləndirilir, lakin heç kim təsdiq edə bilməz ki, bu, belə olacaq.

Aydındır ki, həm dövlət, həm də əhali tərəfindən bu prosesə nəzarət olunmalı, müəyyən tədbirlər görülməlidir. Bu prosesə birbaşa nəzarət olunmalıdır. Hesab edirəm ki, Bakı şəhərinin gözəlliyi olan buxta hələlik mövcudluğunu qoruyub saxlayacaq".

Fikrət Cəfərov vurğulayıb ki, suyun çəkilməsi şəhərsalma məsələlərinə də təsir göstərəcək:

"Belə baxanda bizdə bu gün əsas liman buxtada deyil, kənardadı. Orada limanın rekonstruksiya işlərinin aparılması planlaşdırılır. Bu istiqamətdə orada müəyyən işlər görülür, layihələr də mövcuddur.

Eyni zamanda, Rusiya və Qazaxıstanla birgə turizm marşrutu layihəsi nəzərdə tutulub. Bu layihəyə əsasən, gəzinti laynerlərinin Bakı şəhərləri də daxil olmaqla bir neçə məntəqəni birləşdirən marşrut üzrə hərəkəti planlaşdırılır.

Lakin böyük laynerlərin mövcud şəraitdə Bakı buxtasına daxil olması çətin olacaq. Çünki belə gəmilər üçün tələb olunan dərinlik təxminən 18 metrdir. Məhz Bakıda, Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir və bu tip laynerlər həmin limana yan ala bilərlər.

Oradan isə turistlərin Bakıya ekskursiyası mümkündür. Bu baxımdan, mövcud dəyişikliklər layihəyə müəyyən təsir göstərsə də, onun həyata keçirilməsi üçün kifayət qədər imkanlar qalır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Xəzər Fikrət Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Mart 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri