Xəzərdə torla balıq tutan şəxs yaxalandı
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Milli.Az DİN-ə istinadən məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında qanunsuz ov edən şəxs müəyyən edilib.
Bildirilib ki, 30 yaşlı E. Çərkəzovun üzərindən qanunsuz balıq ovunda istifadə etdiyi sintetik torlar və ümumi çəkisi 26 kiloqram olan 95 ədəd müxtəlif növ balıq aşkarlanaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, qanunsuz fəaliyyət nəticəsində təbiətə 1067 manat məbləğində ziyan dəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 05 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















