Icma.az
close
up
RU
Xəzərə hücum edən naməlum “varlıqlar” dənizdə boğulmaya onlar səbəb olur?

Xəzərə hücum edən naməlum “varlıqlar” dənizdə boğulmaya onlar səbəb olur?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə, qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır.
Bəs doğrudanmı dənizdə boğulma hallarının əsas səbəbi qumun daşınmasıdır?
Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayevin sözlərinə görə, ən əsas səbəb insanların məsuliyyətsizliyidir:
“Bəli, xüsusilə Bakı, Abşeron və Xızı ərazisində nəzarətsiz qum daşımaları geniş vüsət alıb və təəssüf ki, Ekoloqgiya və Təbii Sərvətlər Nzirliyi (ETSN) bunun qarşısını almaqda ya passivdir, ya da bacarmır. Lakin birbaşa dənizdən qum daşınması həm olduqca çətin və ağır prosesdir, həm də dənizdən çıxarılan qum sulu olduğuna görə onun tikinti materialı kimi istifadəsi demək olar ki, mümkün deyil. 
Buna görə də dənizdən qum daşınması ilə bağlı deyilənləri müəyyən qədər uydurma hesab etmək olar. Nəzərə almaq lazımdır ki, hətta sahildən qum daşınsa belə, dəniz buna görə geri çəkilmir. Çünki qum daşınan ərazilər əsasən sahil zonasında yerləşir”.
A.Mustafayevin sözlərinə görə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəblərindən biri temperatur fərqidir:
“Son dövrlərdə havanın temperaturu qısa müddət ərzində kəskin şəkildə yüksəlməyə başlayıb. Bildiyimiz kimi, suyun istilik tutumu qurudan daha yüksəkdir. Buna görə də quru ilə dəniz suyu arasında, eləcə də suyun üst və alt qatları arasında ciddi temperatur fərqi yaranır. İsti havadan birdən-birə soyuq suya daxil olmaq bir çox insanda əzələ problemlərinə və qıcolmalara səbəb ola bilər. 
Digər səbəblərdən biri insanların çimməyin qadağan olunduğu ərazilərdə dənizə girməyə cəhd etməsidir. Bundan əlavə, bəzi məsuliyyətsiz şəxslərin spirtli içki qəbul etdikdən sonra dənizə girməsi də faciəvi hadisələrə yol aça bilər. Ən ciddi səbəblərdən biri isə xüsusilə üzməyi bilməyən insanların öz fiziki imkanlarını düzgün qiymətləndirmədən dənizin təhlükəli hissələrində çimməyə cəhd etməsidir. Ümumilikdə, dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəbləri bunlardır”.
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 İyul 2026 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri