Xəzərin cənub qərb sahilində quşların trofik və biotopik əlaqələrinə dair tədqiqatlar aparılır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyevin “Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” mövzusunda elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Seminarda məruzəçi qeyd edib ki, 2015-2024-cü illəri əhatə edən tədqiqatlar Abşeron, Şirvan, Qızılağac Milli parkları, Kür çayı deltasında aparılıb. Tədqiqatın nəticələrinə əsasən, Xəzərdə suyun səviyyəsinin enməsi quşların yem bazasına, populyasiya quruluşuna və məskunlaşma arealına ciddi təsir göstərib. Bəzi növlərin (məsələn, Microcarbo pygmaeus, Nycticorax nycticorax və s.) çoxalma davranışında əhəmiyyətli dəyişikliklər baş verib, onlar yeni ərazilərdə – tarlaqoruyucu meşə zolaqlarında koloniyalar şəklində yuvalamağa başlayıb. Bu dəyişikliklərin biomüxtəlifliyin idarə olunması və qorunması baxımından əhəmiyyəti vurğulanıb. Tədqiqatlarda 13 dəstəyə aid 126 növ quşun reproduksiya və qışlama dövrlərində trofik və biotopik əlaqələri GIS texnologiyası vasitəsilə xəritələndirilib və təhlil olunub. Eyni zamanda, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş 22 nadir quş növünün də müşahidə edildiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















