Xəzərin sahilində görünənlər heyrətləndirdi: Buna eşq kimi baxmaq olmaz VİDEO
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Xəzər dənizinin suyunun çəkilməsi nəticəsində Bakı çimərliklərində üzə çıxan qıfıllar müzakirələrə doğurub. Bildirilir ki, bu qıfıllar “niyyət bağlama”, “qismət kəsmə” kimi cadu məqsədilə suya atılıb.
Bu cür inancların artması cəmiyyətin psixoloji vəziyyəti ilə bağlı nə deyir? İslam dini bunu günah hesab etsə də, niyə hələ də belə addımlar atanların sayı artır?
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, islam dinində cadu haramdır:
“İnsanların uğur əldə etməsi, xoş günlər yaşaması xəbis kəslərin ya bədnəzərlərinə, ya da yanlış yollara əl ataraq onların hüzurlarını və düzənlərini pozmasına gətirib çıxarır. Ümumiyyətlə, islamda cadu və ya tilsim qəti şəkildə haramdır: Amma bu əməli edən, yaxud da bu kimi əməllərlə ailələr dağıdan insanlar da az deyil. Allah və Rəsulu caduyla məşğul olan və başqalarının həyatlarına bu və ya digər üsullarla müdaxilə edən insanları birmənalı olaraq lənətləyir”.
Sosioloq Yusif Nəbiyev bildirib ki, sözügedən məsələyə sadəcə romantik bir akt, eşq və bağlılıq yaratma cəhdi kimi baxmaq olmaz:
“Ümumiyyətlə, insanlar qeyri-müəyyənlik və stress dövrlərində rasional mexanizmlərdən çox simvolik rituallara sığınırlar. Bu insan faktıdır, cəmiyyət faktı deyil. Sırf bizə xas bir davranış deyil. Çünki insan qeyri-müəyyənlik anlarında nəzarətin əlindən çıxdığını görür və süni də olsa, özü üçün bu hissi yaradan referans nöqtəsi yaratmağa çalışır. Qeyri-müəyyənlik anlarında cəmiyyətin istinad nöqtəsinin belə inanclar, rituallar olması isə psixoloji gərginliyin, gələcəklə bağlı ciddi etimadsızlığın və fərdi gücsüzlük hissinin əlamətidir. İnsan sistemə, ətrafına təsir edə bilmədiyini hiss etdikcə, bu tip şeylərlə özünü aldadır. Belə neqativ, cadu tipli ritualların cəmiyyətimizdə geniş yayılmasının sistemik səbəblərindən biri də bizdə nisbi yoxsulluq faktorunun güclü olmasıdır”.
Ekspert qeyd edib ki, nisbi yoxsulluq cəmiyyətdə ciddi təbəqələşmə olanda, gəlir və fürsət paylanması ədalətli olmayanda yaranır:
“Bu zaman insanın zəruri ehtiyacları qarşılansa belə, ondan qat-qat bahalı həyat sürən biri ilə müqayisə edəndə özünü yoxsul hiss edir. Bu da cəmiyyətdə paxıllıq, həsəd kimi hisslər formalaşdırır. Nəticədə digərlərinin də pis aqibətlə üzləşməsini istəyənlər cadu kimi rituallara əl atır. Çünki gücsüzdür və realda kiməsə zərər vura bilmir. Belə əməllərin yayılması göstərir ki, rəsmi dini çərçivələr və izahlar bizim gündəlik həyatdakı psixoloji boşluqlarımızı doldura bilmir. Görünür, din də cəmiyyətimizdə, beyinlərdə özünə köklü yer edə bilməyib. Sadəcə, səthi rituallarda varlığını qoruya bilir”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Yanvar 2026 06:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















