Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Xəzərin suyunun azalmasının baiskarı Rusiyadır? “Hələ belə dövr olmamışdı!”

Xəzərin suyunun azalmasının baiskarı Rusiyadır? “Hələ belə dövr olmamışdı!”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Prezident bu məsələni vurğulamaqla bildirib ki, bəzi ölkələrin Xəzər dənizinə axan çaylara yersiz müdaxilələri dəniz suyunun kəskin azalmasına səbəb olur. Bu mənada, bütün Xəzəryanı ölkələrdə ciddi problemlər var”.

Bu sözləri “Yeni Sabah”a AMEA Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, məsələni təkcə iqlim dəyişiklikləri ilə əlaqələndirib, əsas səbəblərdən yan keçmək doğru deyil: pizza mizza

“Xəzəryanı ölkələr bu məsələni bir yerdə həll edə bilərlər. Çünki müəyyən qədər su qıtlığı artıq müşahidə edilir. Bunun da başlıca səbəbləri kənd təsərrüfatı sahələrinin sürətlə artması, suvarma suyuna artan tələbat və s.-dir.

Məsələni təkcə iqlim dəyişiklikləri ilə əlaqələndirib, əsas səbəblərdən yan keçmək doğru deyil. Xəzərin səviyyəsinin aşağı düşməsini uzun illərdir ən çox antropogen amillərlə bağlayırlar. Ancaq antropogen amillərin də bu qədər intensivləşdiyi dövr olmamışdı. Xüsusilə ötən əsrin 80-90-cı illərindən sonra, Xəzərə tökülən çaylara hədsiz müdaxilə olunur. Təbii ki, Xəzər qapalı su hövzəsidir və ona axan suları kontinental şəraitdə idarə edirəmsə, dənizə tökülməyə imkan vermirəmsə, ciddi problemlərə səbəb olacaq.

Xəzərin suyunun əsas hissəsi Volqa çayı ilə təmin edilir. Bu, dəniz suyunun təxminən 80 faizini təşkil edir. Rusiyanın Xəzərsahili ovalıqda suvarmaya ehtiyacı olan böyük əraziləri var. Ölkənin əsas sənaye potensialı da məhz Volqa çayı boyunca toplanıb. Volqa Rusiyanın ən böyük su arteriyalarından biridir. Əhalinin də çox böyük bir hissəsi elə bu hövzədə yaşayır”. 

Mirnuh İsmayılov qeyd edib ki, birinci növbədə bu problemi Rusiya fikirləşməli və aparıcı rol oynamalıdır:

“Təəssüf ki, bu gün bunu görmürük. Rusiya ərazisində bəzi çayların suyunun Volqa vasitəsi ilə Xəzərə yönləndirilməsi yaxşı təşəbbüs olardı. Azərbaycan hökuməti də buna dəstək verərdi. Nəinki Azərbaycan, digər Xəzərsahili ölkələr də.

Xəzərin səviyyəsinin aşağı düşməsindən ən çox ziyan çəkən ölkələr Rusiya və Qazaxıstandır. Azərbaycan sahillərində lokal ərazilər var ki, çox ciddi ziyan çəkir. Bəzi sahil zonalarımızda çəkilmələr 300-500 metri əhatə edir. Bu o qədər də təhlükəli deyil. Amma bəzi ərazilərdə 1.5 kilometrə qədər çəkilmə müşahidə olunur. Əsas çəkilmələr Qızılağacda, Sara adası sahillərində və Giləzi burnu istiqmaətindədir.

Dəniz səviyyəsinin bu qədər aşağı düşməsi həmin yerlərdə doğrudan da ciddi problemlər yaradır. Amma ümumilikdə gələcəkdə ciddi problem olmayacaq. Çünki Azərbaycan sahillərində Xəzərin 2 nəhəng dərinlik sahələri var. Bunlardan birincisi, Dərbənd, ikinci isə Lənkəran çökəkliyidir.

Xəzərin sahili nə qədər də ensə, sonda bu 2 nəhəng süxurda su qalacaq. Çünki bu suların tam buxarlanıb qurtarması üçün yüz illər lazımdır. Xəzərin səviyyəsinin qorunub-saxlanmasında biraz da alternativ vasitələrə üstünlük vermək olar. Məsələn, bəzi çayların suyunu Xəzərin sahillərinə çatdırmaq lazımdır. Hövzədə heç kəsə zərər vurmadan, süni yağışlar təşkil edib, dənizin suyunu xeyli artırmaq mümkündür. Bu, həm də buxarlanmanın xeyli azalmasına səbəb olacaq”.

Xatırladaq: Prezident İham Əliyev BMT Baş Assambleyasındakı çıxışı zamanı bildirib ki, Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil. Ölkə başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. Prezident diqqətə çatdırıb ki, Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see216

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see204

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see180

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see162

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see159

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see143

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri