Icma.az
close
up
RU
Xəzərlə bağlı 200 illik sirr açılır Ekoloq xəbərdarlıq etdi

Xəzərlə bağlı 200 illik sirr açılır Ekoloq xəbərdarlıq etdi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2022-ci ildən 2023-cü ilə qədər olan dövrdə Xəzər dənizində suyun səviyyəsi 29 santimetr azalıb. Mütəxəssislər bu təhlükəli dinamikanın əsas səbəbləri kimi qlobal temperaturun yüksəlməsini, istixana qazlarının artımını və dəniz səthindən suyun sürətli buxarlanmasını göstərirlər.

Xəzərdə suyun bu templə azalması davam etsə, bölgəni və ölkəni hansı risklər gözləyir? Xəzərlə bağlı dəqiq proqnoz vermək mümkündürmü?

Globalinfo.az-a danışan ekoloq, professor Çingiz İsmayılov bildirib ki, Xəzər dənizinin səviyyəsi daim tərəddüd edir – gah qalxır, gah da düşür. Onun sözlərinə görə, bu proses təxminən 35-40 illik dövrlərlə təkrarlanır:

“Məsələn, 1977, 1980 və 1992-ci illərdə dəniz səviyyəsi qalxdı. İndi isə enmə dövrüdür, lakin gələcəkdə yenidən artım müşahidə olunacaq. 1829-cu ildən bəri, yəni 200 ildən çoxdur ki, müşahidələr aparılır”.

Professor bildirir ki, bu enmənin daha kəskin müşahidə olunmasının səbəbi bir neçə amilin eyni vaxtda təsir etməsidir:

“Səviyyə dəyişiklikləri bilavasitə Günəş fəallığı ilə əlaqəlidir. Günəşin 11, 30, 90, hətta 120 illik dövrləri var və bu dövrlərdə fəallıq dəyişir. Bununla yanaşı, atmosferdə karbon və metan qazlarının artması, əhali sayının çoxalması, sənaye və kənd təsərrüfatı fəaliyyətlərinin genişlənməsi – bütün bunlar əlavə təsiredici faktorlardır. Əhalinin artması suya olan tələbatı da artırır, bu isə su ehtiyatlarının azalmasına gətirib çıxarır”.

Çingiz İsmayılov hesab edir ki, hazırda bir neçə amilin eyni vaxtda təsiri səbəbindən səviyyənin enməsi daha sürətli baş verir ki, bu, müvəqqəti haldır:

“Bu proses 200 illik müşahidələr fonunda təbiidir. Böyük ehtimalla, yaxın illərdə səviyyə azalması davam edəcək. Lakin sonra yenidən artım müşahidə olunacaq. Yəni bu dəyişiklik fövqəladə hadisə deyil. Sadəcə, hazırda daha intensiv şəkildə özünü göstərir”.

Çingiz İsmayılov

Həmçinin oxuyun:

Xəzər geri çəkilir, çəkilməsi daha da aktivləşib – VİDEO

Mütəxəssis Xəzərin su balansında Volqa çayının böyük rol oynadığını da vurğulayıb:

“Dənizə daxil olan suların 80 faizi məhz Volqa vasitəsilə təmin olunur. Volqa hövzəsi Rusiyanın Avropa hissəsində yerləşir. Bu ərazilərdə əhali sıxlığı, sənaye və kənd təsərrüfatı sahələri artır.

Suvarma üçün istifadə edilən su həcmi böyüyür, bu isə çaya axan su miqdarını azaldır. Nəticədə dənizə gələn su azalır, buxarlanma isə artır. Bu da ümumi su balansına mənfi təsir edir”.

Ekoloqun sözlərinə görə, Xəzərdəki səviyyə dəyişmələri sahilyanı ərazilərdə ciddi nəticələrə səbəb olur:

“Ən çox təsirlənən ərazilər Qazaxıstan və Rusiyanın şimal sahilləridir. Xəzər dənizi şimaldan cənuba doğru dərinləşir. Şimal hissəsində orta dərinlik 15-20 metr, bəzi yerlərdə isə cəmi 3-5 metrdir.

Bu səbəbdən də suyun səviyyəsi azalanda ilk olaraq həmin ərazilər təsirlənir. Azərbaycanda isə bu, sahilyanı təsərrüfatlara – balıqçılıq, turizm, nəqliyyat və xüsusilə neft sənayesinə təsir edir”.

Müsahib Xəzərin strateji əhəmiyyət daşıyan Ələt limanının da bu prosesdən zərər gördüyünü qeyd edib:

“Dəniz səviyyəsi düşdüyündən artıq gəmilər 100 faiz dolu yüklənmir. Gəminin sahildə batmaması üçün yüklər yalnız 70-80 faiz həcmdə daşınır. Bu da daşımaların səmərəliliyini azaldır”.

Çingiz İsmayılov sonda bəzi tədqiqatçıların səsləndirdiyi “8-15, hətta 20 metr enmə ola bilər” kimi proqnozlara da münasibət bildirib:

“Bunlar şişirdilmiş yanaşmadır. Çünki 200 illik müşahidələrdə belə bir kəskin enmə qeydə alınmayıb. Bu cür ssenari yalnız ciddi təbii fəlakət zamanı mümkündür. İnanmıram ki, bu qədər kəskin düşmə baş versin. Yəqin ki, hər il 20-30 sm enmə müşahidə olunacaq və bir neçə ildən sonra bu proses dayanıqlılıq qazanacaq – yenidən səviyyənin artımı başlayacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri