Icma.az
close
up
RU
Xəzinə yüklü 250 gəmini axtarırlar

Xəzinə yüklü 250 gəmini axtarırlar

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Qızıl sandıqlarla dolu 250 gəmi indiyədək Portuqaliya ərazi sularında dənizin dibindədir.
Reyting.az
-ın məlumatına görə, Portuqaliya sahillərində yüzlərlə batmış xəzinə gəmisi var. Hətta həmin gəmilərin bəzilərində on tonlarla qızıl və gümüşün olduğu deyilir. Uzun illərdir ölkənin dəniz dərinliyinin tədqiqatları ilə məşğul olan portuqaliyalı arxeoloq Aleksandr Monteyro bu barədə yayılan məlumatların həqiqət olduğunu bildirib. O, bu məlumatların tarixi mənbələrdən gəldiyini və öz təsdiqini tapdığını deyib.
Monteyronun sözlərinə görə, tədqiqatlar nəticəsində yaradılan məlumat bazasını əhatəli araşdırmaqla, 16-cı əsrə aid olan, təxminən 8620-yə yaxın gəminin qəzaya uğramasını, hətta dəqiq tarixini də aşkar etmək mümkündür. Bu siyahıda adı keçən, qızıl-gümüş yüklü, həmçinin digər qiymətli mallar daşıyan gəmilər arasında 1589-cu ildə Troya yarımadasında batmış İspaniyanın "Nossa Senhora do Rosario" gəmisi də olub. Bəzi mənbələrə görə, bu ispan gəmisində 22 tona qədər qiymətli metal olub.
"Biz bilirik ki, dənizin dibində 250 xəzinə yüklü gəmi var. Troyanın yaxınlığında 22 ton qızıl və gümüş olan bir İspan gəmisi də var"- deyə arxeoloq A. Monteyro əlavə edib.
Digər arxeoloq və mütəxəssislər də tanınmış arxeoloqun fikrinə şərik çıxıblar. Araşdırmaçı və tədqiqatçıların fikrincə, 15-16 əsrlərdən bəri Portuqaliya gəmiləri Cənubi Amerikadan, Afrikadan, Asiyadan böyük sərvət daşıyan ən böyük müstəmləkə imperiyalarından biri idi. Bir çoxu fırtınalar və ya dəniz quldurlarının hücumları səbəbindən savaşdan yayınıb quruya çıxa bilməyən həmin gəmilər hələ də Madeyra, Azor adaları, Portuqaliyanın materik sahillərində, dənizin dərinliyində üzə çıxarılacaqları günü gözləyirlər.
"Nossa Senhora do Rosario" kimi böyük gəmilərin qəzaları müstəmləkə dövrünün miqyasına dair müxtəlif fikirlər, ideyalar verən mühüm tarixi, arxeoloji tapıntıları təmsil edir. Arxeoloqlar keçmişin mirasını qorumaq və batmış sərvətləri öyrənmək üçün tədqiqatlarını, həmçinin 250 xəzinə yüklü qədim gəminin axtarışlarını davam etdirirlər.

Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri