Xidməti döyüş fəaliyyətinin icrasında fərqlənən hərbi qulluqçular DSX rəhbərliyi tərəfindən təltif ediliblər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 may, AZƏRTAC
Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçu Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi tərəfindən təltif olunublar.
Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə edilən nailiyyətlərdən danışan DSX-nin rəisi general-polkovnik Elçin Quliyev sərhəd təhlükəsizliyinin mühafizəsinin ali rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bununla əlaqədar sərhədçilərin üzərinə düşən məsuliyyətin böyük olduğunu, yüksək peşəkarlıq və fədakarlıqla xidmət etmələrini xüsusi vurğulayıb.
Təltif edilən hərbi qulluqçular göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildirib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Baxış sayı:96
Bu xəbər 12 May 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















