XİN Çinə başsağlığı verdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Xarici İşlər Nazirliyi Çində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.
“Çinin Şansi əyalətindəki kömür mədənində baş verən faciəvi partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Xilasetmə və bərpa işlərində iştirak edən aidiyyəti qurumlar və fövqəladə hallar əməkdaşları ilə həmrəy olduğumuzu bildirir, bu faciədən zərər çəkən hər kəsin kədərini paylaşırıq”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, sözügedən kömür mədənində baş verən partlayış nəticəsində 80-dən çox insan həlak olub.
Baxış sayı:175
Bu xəbər 23 May 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















