Icma.az
close
up
RU
XİN dən çıxarılan diplomatın 10 illik mübarizəsi AVROPA MƏHKƏMƏSI MÜSBƏT QƏRAR VERSƏ DƏ...

XİN dən çıxarılan diplomatın 10 illik mübarizəsi AVROPA MƏHKƏMƏSI MÜSBƏT QƏRAR VERSƏ DƏ...

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Çexiyadakı səfirliyinin keçmiş müşaviri, 20 ilə yaxın diplomatiya sahəsində işləmiş İlqar Qurbanovla Xarici İşlər Nazirliyi (XİN) arasında 2014-cü ildən başlayan məhkəmə çəkişməsi 2025-ci ilin sonunadək gəlib çatıb.

Gununsesi.info bildirir ki, işdən qanunsuz çıxarıldığını iddia edən keçmiş diplomatın şikayətini yerli məhkəmələr təmin etmədiyindən bu məsələ hətta Avropa İnsan Haqları Məhkəməsinə də gedib çıxıb.

Avropa Məhkəməsi 7 sentyabr 2023-cü il tarixli qərarda İ.Qurbanovun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləyib.

Bu pozuntuya görə Azərbaycan hökumətinin üzərinə ona 1000 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

Avropa Məhkəməsinin bu qərarı əsasında Azərbaycanda İ.Qurbanovun işinə yenidən baxılıb. Ötən ilin dekabrında Ali Məhkəmənin Plenumu onun şikayəti üzrə təxminən 10 il öncə çıxarılmış qərarı ləğv edib və iş təkrar araşdırma üçün Ali Məhkəməyə göndərilib.

Bugünlərdə Ali Məhkəmədə bir daha keçmiş diplomatın kassasiya şikayətinə baxılıb.

1993-cü ildən XİN sistemində olan İ.Qurbanov nazirlikdə Avropa İdarəsinin rəis müavini, Asiya, Afrika və Latın Amerikası ölkələri İdarəsinin rəisi vəzifələrində çalışıb. Ardından Nazirliyin Kollegiyasının üzvü və məsul katibi olub. Ona xüsusi tapşırıqlar üzrə səfir statusu verilib. 2012-ci il fevralın 1-dən Azərbaycanın Çexiyadakı səfirliyinin müşavir-elçisi təyin olunub. Bu vəzifədə cəmi səkkiz ay işləyib. Oktyabrın 1-də vəzifəsindən azad edilərək geri çağrılıb. 2014-cü ilin yanvarında isə diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib.

İ.Qurbanov XİN-i məhkəməyə verərək, Xüsusi tapşırıqlar üzrə səfir vəzifəsinə bərpasını, ona maddi və mənəvi ziyana görə təzminat ödənilməsini tələb edib. O, iddia ərizəsində göstərib ki, Çexiyadakı səfirlikdə işlədiyi müddətdə oradakı durumu dəfələrlə tənqid edib: “Təhlükəsizliyin, konfidensiallığın, peşəkarlığın olmaması, korrupsiyaya şərait yaradan hallar, Azərbaycan dövlətinin adına xələl gətirən vəziyyətin hökm sürməsi ilə bağlı dəfələrlə tənqidi fikirlərimi bildirirdim. 2012-ci il oktyabrın 1-də heç bir hüquqi əsası olmadan vəzifəmdən geri çağrıldım”.

Bakı İnzibati Məhkəməsi (o zaman 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi adlanırdı-red.) onun iddiasını təmin etməyib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayəti də nəticəsiz qalıb.

İ.Qurbanov dövlət xadimi, yazıçı Şıxəli Qurbanovun oğludur. 1966-1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olmuş Ş.Qurbanov 1967-ci ildə ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail olmuşdu. Bundan iki ay sonra – mayın 24-də dişlərini müalicə etdirmək üçün həkimə gedən Ş.Qurbanov orada müəmmalı şəkildə (dişinə vurulan iynədən) vəfat edib.

Afət Abbasova 

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri