XİN: Rusiya Ermənistan və Türkiyənin tezliklə barışmasını dəstəkləyir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya ardıcıl olaraq Ermənistan və Türkiyənin tezliklə barışmasını dəstəkləyir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə İrəvanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın danışıqlarının nəticələri haqqında danışarkən bildirib.
O qeyd edib ki, bu, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün vacib mesajlardan biridir: "Biz səyləri o cümlədən “3+3” platforması çərçivəsində də dəstəkləməyə hazırıq. Ankara ilə İrəvan arasında razılaşmalar hazırlanarkən yerlərdə reallıqların və qonşularımızın Cənubi Qafqazdakı maraqlarının nəzərə alınacağına ümid edirik".
Bu mövzuda digər xəbərlər:Rusiya və Ermənistan XİN müzakirələr aparıb
20 Mart 2025 22:40
Rusiya və Ermənistan XİN rəhbərləri görüşüb
21 Yanvar 2025 13:10
Ermənistan və Rusiya XİN lərarası məsləhətləşmələr planı imzalayıb
21 May 2025 12:59
Rusiya XİN: Ermənistan KTMTnin bütün formatlarından uzaqlaşıb
16 Noyabr 2024 11:35
Baxış sayı:51
Bu xəbər 18 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















