Icma.az
close
up
RU
Xına saçların boyanması və müalicəsi üçün təbii vasitə...

Xına saçların boyanması və müalicəsi üçün təbii vasitə...

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər birimizin bildiyinə görə, gözəllik qurban tələb edir. Gözəl bədən quruluşu, hamar və təmiz dəri, gözəl saçlar və s. kimi tələbləri  əldə etmək üçün uzunmüddətli idman və fitness, epilyasya, müxtəlif  ağrılı prosedurlar, saçların boyanaraq korlanması, yandırılmasına şahid oluruq.

Lakin bu gün sizə çox qədim zamanlardan istifadə edilən, hər birimizin ana və nənələrimizdən eşitdiyimiz, ən əsası isə qətiyyən zərərsiz və hətta çox xeyirli tərkibə malik olan xına haqda danışacayıq.

Xına nədir?

Beləliklə, xına( ərəb dilində hənna) - ərəb ölkələrində bitən kolluqların yarpaqlarından əldə olunan qırmızı-sarı boyadır. Ərəblər bu boyanı artıq bir neçə əsrlərdir ki, nəinki saçların boyanması üçün, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər. Xınanın tərkibində aşı maddələr(qoruyucu maddə) vardır ki, onlar, saçların strukturunu yaxşılaşdırır, onlara həcm və parlaqlıq verir, kəpəyi aradan qaldırır, kövrək və zədələnmiş  saçları qidalandırır. Həmçinin isbat olunmuşdur ki, xına, piy vəzilərinin işini normallaşdırır və saçların tökülməsini dayandırır.

Xınanın növləri.

Satışda xınanın 4 növünü görmək olar: rəngsiz, ağ, rəngli və klassik.

Rəngsiz xına - emal zamanı piqmenti yox olan xına yarpaqlarının ekstraktıdır. Bu növ xınanı əsasən müalicəvi məqsədlə istifadə edilməsi məsləhət görülür. Rəngsiz xına, saçının rəngini dəyişmək istəməyən, yalnız saçlarının müalicə və qulluğa ehtiyacı olan xanımlar üçün ideal vasitədir.

Hal hazırda satıçda ağ xına da görmək olar. Bu xına növü - saçları 5-6 rəng tonu aça biləcək adi  boya vasitəsidir. Nəzərinizə çatdırırıq ki, bu xınanın, iran xınası ilə heç bir əlaqəsi olmayıb, heç bir müalicəvi xüsusiyyətə malik olmamaqla bərabər,  hər bir kimyəvi boya kimi saç strukturunun korlanmasına səbəb olan bir vasitədir.

Kosmetik bazarda müxtəlif rəng çeşidinə malik  - rəngli xına( çəhrayı, tünd qırmızı, göy, bənövşəyi) ağ xına kimi zərəli xüsusiyyətə malikdir. Bu boyaq maddəsinin tərkibində təbii xına olmasına baxmayara, xınana miqdarı boyanın tərkibində olan sisnteik maddələrin miqdarının yanında gözəgörünməzdir.

Nəhayət, ən çox yayılan iran xınası. Bu növ xına saçlarınıza rəng verəcək. Əgər saçlarınızın təbii rəngi açıqdırsa, boyandıqdan sonra rəng qırmızı və hətta narıncı ola bilər. Lakin saçlarınızı kimyəvi vasitələrlə sarı rəngə gətirmisinizsə, o zaman, xına heç bir nəticə verməyə bilər. Buna səbəb xınanın təbii komponentlərinin kimyəvi boyaq maddəsi ilə uyğunsuzluğudur.

Xınanın hər bir saç rəngi üçün gözlənilməz rəng verə biləcəyini artıq bildiyimizə görə, saçlarınıza xına qoymazdan əvvəl, test olaraq bir saç telinizə sürtün əldə olunan nəticəni gördükdən sonra başlayın.

Həmçinin unutmayın ki, xınanı heç bir kimyəvi boyaq vasitəsi ilə açmaq mümkün deyil. Yalnız boyanmış saçların uzanmasını gözləmək lazım olacaq.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri