Messi MLS də ən çox maaş alan futbolçu statusunu qoruyub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-də ən yüksək maaş alan futbolçu statusunu qoruyub.
AZƏRTAC ESPN nəşrinə istinadən xəbər verir ki, argentinalı ulduzun illik maaşı 28,3 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən illə müqayisədə 7,85 milyon dollar çoxdur.
MLS-də Messidən başqa daha dörd futbolçunun illik maaşı 10 milyon dolları ötür. Siyahıda ikinci yerdə “Çikaqo Fayr”ın hücumçusu Robert Levandovski (19,51 milyon dollar) qərarlaşıb. “Orlando Siti”nin futbolçusu Antuan Qrizmann 13,94 milyon dollarla üçüncü, “Los-Anceles”in hücumameyilli yarımmüdafiəçisi Son Xın Min 11,25 milyon dollarla dördüncü, “Atlanta Yunayted”in oyunçusu Bril Embolo isə 10,81 milyon dollarla beşinci yerdədir.
Qeyd edək ki, Messinin 28,3 milyon dollarlıq maaşı yalnız futbolçu kimi çıxışına görə aldığı məbləği əhatə edir. Daha əvvəl onun reklam müqavilələri və digər gəlirləri də daxil olmaqla, illik ümumi qazancının 70-80 milyon dollar təşkil etdiyi bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















