“Üç ölkə arasında görüş keçirilsə də, tərəflər bir birlərinə qarşı...”
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“ABŞ, Çin və Rusiya liderlərinin birgə Bəyannaməsi dekorativ xarakterlidir. Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli bəyanatı, göründüyü kimi, daha çox deklarativ xarakter daşıyır. Tərəflər bu bəyanatla bağlı üzərlərinə konkret və icrası məcburi olan hər hansı öhdəlik götürməyiblər. Xüsusilə nüvə silahının yayılmaması, nüvə müharibəsinin qarşısının alınması, BMT-də islahatların aparılması, neft hasilatının artırılması və beynəlxalq təhlükəsizliyin təmin edilməsi kimi məsələlər ümumi prinsiplər səviyyəsində ifadə olunub”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, lakin sənəddə qlobal siyasətə ciddi təsir göstərə biləcək konkret strateji razılaşmalar yoxdur:
“Qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi, həmçinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bu üçtərəfli bəyanatın irəli sürdüyü beynəlxalq təhlükəsizlik prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki həm Rusiya, həm də ABŞ hərbi qarşıdurmaların iştirakçısıdır və bu proseslər qlobal təhlükəsizliyə mənfi təsir göstərir. Nüvə silahlarının yayılmaması məsələsinə gəldikdə isə, Putin tədbirə nüvə çamadanı ilə qatılmışdı. Eyni zamanda, ABŞ həmin müddətdə qitələrarası ballistik raketin sınağını həyata keçirdi”.
Onun sözlərinə görə, Çin isə ballistik raketlər, süni intellekt və kibertəhlükəsizlik sahəsindəki imkanlarını nümayiş etdirir:
“Bu mənzərə göstərir ki, üç ölkə arasında görüş keçirilsə də, tərəflər bir-birlərinə qarşı hərbi və texnoloji üstünlüklərini nümayiş etdirməkdən çəkinmirlər. Bu isə müəyyən mənada güc və əzələ nümayişidir. Üç ölkə nə nüvə silahlarının ixtisarı və silahsızlanma, nə beynəlxalq təhlükəsizliyin təmin olunması, nə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, nə də ABŞ-İran qarşıdurmasının həlli istiqamətində ciddi razılığa gəlib. Sadəcə, ümumi xarakterli bəyanatla kifayətləniblər.Bu üçtərəfli görüşün və imzalanan bəyanatın qlobal siyasətin gələcək istiqamətinə, eləcə də yeni beynəlxalq siyasi nizamın formalaşmasına ciddi və həlledici təsiri olmayacaq”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 20 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















