Icma.az
close
up
RU
Xırda Napoleonun Qafqaz planı beləymiş: Əsas hədəflər açıqlandı

Xırda Napoleonun Qafqaz planı beləymiş: Əsas hədəflər açıqlandı

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyasının bu aydan başlayaraq görüşlərini davam etdirəcəyini vurğuladı. Ötən il sərhəddin 12 km-lik hissəsində dəqiqləşmələrin aparılması fonunda bu ildən gözləntilər nədən ibarətdir?

- Sözsüz ki, bu il sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesin yekunlaşacağı gözlənilmir. Amma buna baxmayaraq, proses getməlidir. Bu prosesin sülh sazişinə aidiyyatı yoxdur. Bu məsələlər paralel olaraq inkişaf edə bilər. Ermənistan da sərhədlərin dəqiqləşməsində maraqlı olmalıdır. Bu ayın ortalarından hər iki tərəfdən sərhədlərin dəqiqləşməsi ilə bağlı olan komissiyanın görüşü proqnozlaşdırılır. Ona görə də, bu istiqamətdə irəliləyişlərin olması ehtimal edilir.

- İl başlayan kimi, Ermənistan tərəfindən şərti sərhəddə hərbi təxribatın törədilməsi nəyə hesablanmışdı? Baş verən təxribat fonunda 2025-ci ildə danışıqların elə də asan getməyəcəyini söyləmək olarmı?

- Təxribatın baş verməsi Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlıdır. İstisna deyil ki, Ermənistan hakimiyyəti özünü güclü və aqressiv göstərmək istəyir. Çünki hazırda Nikol Paşinyan hakimiyyəti daxildə nüfuzunu itirmək üzrədir. Ona görə də, daxili siyasətlə bağlı olan oyunlar hansısa istiqamət xəttini keçə bilər. Buna isə cavab çox sərt olacaq. Amma bütün bunlara baxmayaraq, Ermənistanın ciddi hərbi əməliyyatlar icra etməyə gücü yoxdur. İrəvanda da bilirlər ki, Azərbaycandan daha sərt cavab alaraq yeni məğlubiyyətlə üzləşəcəklər.

- Azərbaycan Prezidenti bir daha sülh üçün Bakının əsas şərtlərini bəyan etdi. Bu Ermənistan konstitusiyasında olan ərazi iddiaları ilə bağlıdır. Paşinyan isə 2027-ci ildə konstitusiya islahatlarına gedəcəklərini açıqlamışdı. Belə olan halda yaxın dövr üçün sülh sazişi üzrə gözləntilərlə bağlı hansı proqnozlar verilə bilər?

- Əslində sülh prosesini uzadan erməni tərəfidir. Bunun üçün müxtəlif oyunlara əl atırlar. Çünki Ermənistan sülh istiqamətində ciddi addımlar atmağa tələsmir. Burada xarici faktorlar da mühüm önəm kəsb edir. Erməni tərəfi Fransa, ABŞ və İran kimi ölkələrdən daha çox dəstək almaq niyyətindədir. Hazırda Ermənistan Rusiya ilə fərqli bir oyun içərisindədir. Qərbdən Rusiyaya qarşı olan sanksiyalarla bağlı vasitəçi kimi Ermənistan yaxşı qazanc əldə edir. Bu kimi oyunların davam etməsi Ermənistanın maraqlarına uyğundur.

- Fransanın Azərbaycanla bağlı narahatlığı nə ilə bağlıdır? Rəsmi Paris Azərbaycanı onun daxili işlərinə qarışmaqda ittiham edir. Bu hansı məntiqlə izah olunur?

- Rəsmi Paris bu gün hər bir istiqamətdə məğlubiyyətlə üzləşib. Fransa müstəmləkələrində ciddi zərbələr alıb. Afrikadan faktiki olaraq, Fransanı qovublar. Sakit və Karib dənizi istiqamətində olan müstəmləklərində üsyanlar başlayıb. Həmçinin ölkə daxilində ciddi sosial-iqtisadi problemlər var. Erməni lobbisinin vəsaiti ilə siyasi korrupsiya oyunları Fransanın beynəlxalq nüfuzuna ciddi zərbələr vurmaqla yanaşı, daxildə də siyasətləri iflasa uğrayır. Keçirilən rəy sorğularına görə, Fransa əhalisinin 60 faizdən artığı prezident Emmanuel Makronun istefasını tələb etməklə, ölkədə yeni seçki keçirilməsini istəyir. Hazırda Fransanın real vəziyyəti məhz bu cürdür. Bu vəziyyətdə özünü xırda Napoleon kimi hiss edən Makron Ermənistanın vasitəsi ilə nüfuzunu Cənubi Qafqazda nümayiş etdirmək arzusundadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 08 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri