Icma.az
close
up
RU
Bişkekdə əsas hədəflər açıqlandı

Bişkekdə əsas hədəflər açıqlandı

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Dünyada təhlükələr artır, türk dövlətləri müdafiə, təhlükəsizlik və müdafiə sənayesinə ciddi önəm verəcək

  Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün əsas devizinin reallaşması üçün nə etmək lazım gəldiyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin oradakı çıxışında açıqlanıb. 

Bu barədə “Sherg.az”a açıqlamasında Sahib Alıyev deyib. 


Deputatın sözlərinə görə, bu Zirvədə diqqət ilk növbədə  türk dünyasının güclənməsi üçün atılacaq addımlara yönəldilib.  O addımlardan biri və birincisi isə dövlət başçımızın bildirdiyi kimi "hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq" olmalıdır: 

 

“Mərkəzi Asiyadakı qardaşlarımız gözəl bilirlər ki,  bizim torpaqlarımızın işğaldan azad edilməsində  Azərbaycanla Türkiyənin məhz  vurğulanan sahələrdə  əməkdaşlığı az rol oynamayıb. Eyni zamanda İkinci Qarabağ savaşından sonra Türkiyə ilə yanaşı  Azərbaycan da müdafiə sənayesini təkcə özünün deyil, onların da bir sıra tələblərini təmin edə biləcək səviyyədə gücləndirdiyindən və  yaxın gələcəkdə bu yöndə daha böyük uğurların əldə ediləcəyindən də xəbərdardılar. Ona görə də bu Zirvə görüşündən sonra  öz təhlükəsizliklərini təmin etmək, eləcə də müdafiə qabiliyyətlərini artırmaq üçün türk dövlətləri arasında hərbi-siyasi və hərbi texniki sahədə indiyədək atılan addımları kölgədə qoyacaq əməkdaşlığa başlanacağı düşüncəsindəyəm.  Ukraynada baş verənləri yaxından izləyən türk dövlətləri  bundan doğru nəticə çıxarmalı, müdafiə ehtiyaclarını tam da olmasa,  böyük həcmdə məhz  özlərinin hərbi-sənaye potensialını artırmaq, gəlişdirmək, birgə layihələr reallaşdırmaqla ödəməli, digərlərindən asılılıqlarını mümkün dərəcədə azaltmalıdırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri