Xırdalanda 30 dəqiqə ərzində it dişləməsi səbəbindən 10 nəfər xəstəxanaya müraciət edib?
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Cəmi 30 dəqiqə ərzində Abşeron Mərkəzi Xəstəxanasında sahibsiz it dişləməsi ilə bağlı təxminən 10 nəfərin müraciət etdiyinin şahidi oldum”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ekoaktivist Zülfü Fərəcli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edənlər arasında o da olub:
“Onların arasında mən də, balaca bir uşaq da var idi. Bəs bu insanların günahı nə idi? Məni dünən yanımdan keçən it dişlədi. Bilmirəm, bəlkə, şalvarımı bəyənməmişdi! Zarafat bir yana, məsələ heç də gülməli deyil.
Azərbaycanın da qoşulduğu qlobal təşəbbüsün məqsədi 2030-cu ilə qədər itlərdən insanlara keçən quduzluqdan ölümləri sıfıra endirməkdir.
Azərbaycanda da vəziyyət narahatedicidir: 2023-cü ildə 43 968 heyvan dişləməsi qeydə alınıb, bunların 33 712-si it dişləməsi olub. Həmin il quduzluqdan 3 nəfər həyatını itirib”.
Zülfü Fərəcli paylaşımında həmçinin qeyd edib ki, Xırdalanda və bütövlükdə Azərbaycanda bu problemə sistemli yanaşılmalı və onun həlli istiqamətində tədbirlər görülməlidir.
“Xırdalanın tıxacdan da vacib problemi var: quduzluq riski!” – deyə ekoaktivist paylaşımında qeyd edib.
Bu mövzuda digər xəbərlər:Ermənistan razılaşdı 10 dəqiqə ərzində...
14 Aprel 2025 19:04
Baqajdan 10 dəqiqə ərzində 30 milyon dollar oğurlandı ANBAAN GÖRÜNTÜ
14 Fevral 2026 15:49
10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb SƏBƏB
17 İyun 2025 01:25
10 dəqiqə ərzində Messinin nailiyyətini təkrarladı
12 Dekabr 2024 11:50
Baxış sayı:171
Bu xəbər 22 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















