Xırdalanda nəqliyyat xaosu: Səhər 6 da yola çıxırlar, yenə gecikirlər
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son dövrlərdə paytaxtda nəqliyyatın hərəkətində əhəmiyyətli dəyişikliklər edilib. Onlardan ən vacibi isə avtobus və mikromobillik zolaqlarının çəkilməsi olub.
Bu, tıxacla ən effektiv mübarizə üsullarından biri sayılır. Lakin hələ də paytaxtın bəzi ərazilərində, eləcə də Xırdalanda xaos hökm sürür.
Xırdalan sakinləri məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Uşaqlar tıxaca düşməsinlər deyə səhər tezdən durub yola düşürlər, doyunca yata bilmirlər. Nə işə, nə də evə vaxtında çatırıq. İstirahətimizi edə bilmirik, çox çətin vəziyyətdəyik", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə bildirib: "Əhalinin sayının çoxalması və tikintilərin artması bizə çox problem yaradır. Çoxlu evlər tikirlər, amma tıxac problemini düşünən yoxdur".
Nəqliyyat eksperti Rauf Ağamirzəyev sözügedən problemin həlli istiqamətində təkliflərini irəli sürüb:
"Küçələr transformasiya olunmalıdır. Eləcə də dəmiryol stansiyalarının sayını artırmaq lazımdır. Düşünürəm ki, "Xırdalan-2" stansiyasının tikilməsi vacibdir. Xırdalan-Bakı arasında dəmir yolu yerüstü metro funksiyasını daşımalıdır. Yəni saat 06:00-dan gecə 00:00-a qədər 15-20 dəqiqəlik intervalla qatarların hərəkəti təmin olunmalıdır".
Baxış sayı:49
Bu xəbər 08 Yanvar 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















