Icma.az
close
up
RU
Xocalı harayı kitabının təqdimatı olub

Xocalı harayı kitabının təqdimatı olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Mübariz Allahverdiyevin yeni çapdan çıxmış "Xocalı harayı" kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əməkdar həkim Taryel Eyvazov “Xocalı harayı” kitabının əhəmiyyətinə toxunub. O, əsərin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edib.

Daha sonra M. Allahverdiyevin həkimlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur bildirib ki, Xocalını törədənlər insanlığa sığmayan hərəkətlər ediblər. O, eyni zamanda, deyib ki, Xocalı faciəsi zamanı törədilən vəhşiliklərə baxmayaraq, Azərbaycan xalqı düşmənin qarşısında baş əyməyib, işğal altında olan torpaqlar azad edilib.

Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Xocalını “Sağalmaz yara” adlandırıb. O bildirib ki, gənc nəsil bu faciəni unutmamamlıdır. “Bununla bağlı tədbirlər və kitablar bu işə töhfə verə bilər, - deyə o diqqətə çatdırıb.

Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov və digər natiqlər də Xocalı soyqırımının tanıdılmasında bu cür kitabların əhəmiyyətli olduğunu vurğulayıblar. Xocalıda törədilən vəhşiliklərin tanıdılmasında belə əsərlərin vacib olduğunu bildiriblər.

Sonda çıxış edən professor M. Allahverdiyev vurğulayıb ki, onda "Xocalı harayı" kitabını yazmaq fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlar azad edildikdən sonra yaranıb. “Bu kitabda Xocalı soyqırımı zamanı yaşanan vəhşəti qələmimlə və poetik dillə dilə gətirdim”, - deyə o diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see175

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see170

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see166

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see162

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see161

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see160

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri