Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", – məlumatda qeyd olunub.
Anar
Bu mövzuda digər xəbərlər:Xocalı sakini Ağdərədə minaya düşdü
26 Aprel 2026 14:23
Ağdərə rayonunda mina partlayışı baş verib, Xocalı sakini xəsarət alıb
26 Aprel 2026 14:20
Xocalı rayonu sürətlə məskunlaşır
14 Sentyabr 2025 00:20
Xocalı rayonunda evə ildırım düşüb
21 Sentyabr 2025 12:01
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
11 Sentyabr 2026 11:05
Baxış sayı:176
Bu xəbər 26 Aprel 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















