Icma.az
close
up
RU
“Xocalı Soyqırımı insan hüquqları kontekstində”

“Xocalı Soyqırımı insan hüquqları kontekstində”

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının, Göygöl rayon İcra Hakimiyyətinin və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöl Gənclər Evində “Xocalı Soyqırımı insan hüquqları kontekstində” dəyirmi masa keçirilib.

Şəhid ailələrinin, qazilərin, İcra Hakimiyyəti əməkdaşlarının, partiya fəallarının, təhsil, gənclər və idman sektorları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Xocalı Soyqırımı qurbanlarının və şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon məktəblilərinin Xocalı soyqırımı mövzusunda çəkdikləri rəsmlərə baxış keçirilib, mövzu ilə bağlı şerlər ifa edilib.
Tədbirdə iştirak edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək bildiriblər ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olub. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində fərqlənən Xocalı Soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Ancaq mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmişlər.
Qeyd olunub ki, Xocalı qətliamı bütün dünya tərəfindən soyqırımı kimi tanınmalıdır. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması ilə bağlı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Natiqlər xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni diqqət mərkəzində saxlayır. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Xocalı faciəsi qurbanlarının da qisasını yerdə qoymadı. Bu döyüşlərdə Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində müqəddəs üçrəngli bayrağımızı ucaltdı və bu gün faciəni törədən erməni cinayətkarlarının bir neçəsinin Bakıda məhkəməsi davam edir.
Tədbirdə mövzu ilə bağlı digər natiqlərdən Ələkbər Hüseynov, Elnarə Abbasova, şəhid ailəsinin üzvü İbrahim Novruzov, müharibə iştirakçısı Araz Abbasov və digərləri çıxışlar edərək Xocalı soyqırımının bəşəriyyət tarixində törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıblar.
Sonda Xocalı faciəsinə həsr olunan film nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri