Icma.az
close
up
RU
Xocalı soyqırımı və suverenliyimizin bu günü

Xocalı soyqırımı və suverenliyimizin bu günü

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 25-də AMEA-da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti, AMEA Azad Həmkarlar İttifaqı, YAP Yasamal rayon təşkilatı, Mərkəzi Elmi Kitabxana, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən birgə təşkil edilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri olduğunu söyləyib, hadisənin səbəbi və nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, Xocalı faciəsinin hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edildiyini bildirib.

Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

AMEA rəhbəri erməni millətçilərinin törətdikləri bu qırğının dünyanın bir çox ölkələrində soyqırımı aktı kimi tanındığını bildirib. O, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Vurğulayıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir.

“2020-ci il Vətən müharibəsindən sonra Xocalı faciəsi dərin hüzn və böyük kədərlə yanaşı, həm də milli qürur hissi ilə də keçirilir”, - deyə bildirən akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti sayəsində tarixi ədalətin bərqərar olduğunu, Xocalının, Qarabağın və Şərqi Zəngəzurun əsl sahiblərinə qaytarıldığını vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev Qarabağ Zəfərini Azərbaycan xalqına qazandırmaqla, torpaqlarımızı işğaldan azad etməklə Xocalının yeni səhifəsinin yazılmasının əsasını qoyub. Bu, tariximizin unudulmayan şanlı səhifəsidir. İllər keçdikcə bu hadisənin qiyməti və əhəmiyyəti daha da artacaq.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirildiyini söyləyən akademik İsa Həbibbəyli bir neçə gün öncə ölkə rəhbərinin Qarabağa səfəri çərçivəsində Xocalıda da olduğunu və Ballıca kəndində sakinlərlə səmimi görüşlər keçirdiyini xatırladıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri, əldə olunan nəticələr Azərbaycanın iqtisadi qüdrətinin əyani təzahürü, tökülən qanın yerdə qalmamasının ən yaxşı sübutudur.

AMEA prezidenti hazırda Xocalıda yeni həyatın başlandığını və artıq insanların öz doğma torpaqlarına geri döndüklərini qeyd edib. Vurğulayıb ki, bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni inkişaf səviyyəsinə qaldırılan Azərbaycan dövlətçiliyinin böyük tarixi hadisəsidir.

Xocalı hadisəsini dərindən öyrənməyin Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin mənəvi borcu olduğunu söyləyən akademik İsa Həbibbəyli dövrün çağırışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin yaradıldığını diqqətə çatdırıb. O, AMEA-nın digər institutlarında da Qarabağ hadisələri ilə bağlı genişmiqyaslı elmi-tədqiqat işlərinin aparıldığını, yeni kitabların nəşrə hazırlandığını bildirib. Qeyd edib ki, əsas hədəf ölkəmizin müxtəlif dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması və onların tarixin ibrət dərslərindən lazımi nəticələr çıxarmasıdır. Gənclərimiz bu faciələrin nəticələrini, eləcə də Xocalının ağrılı tarixini bilməlidir.

Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Xocalı soyqırımı barədə hazırlanmış məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Tədbirdə, həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Samir İsmiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri böyük elmi işçi Arzu İsgəndərzadə çıxış edərək Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə danışıb, Xocalı soyqırımı dəhşətlərinin heç zaman unudulmayacağını bildiriblər.

Soyqırımı Həqiqətləri Tanıtma İctimai Birliyinin koordinatoru, Xocalı soyqırımının şahidi Mürvət Məmmədov isə acı xatirələrini bölüşüb. O, 14 yaşında olarkən Xocalıda törədilən qətliam zamanı girov götürüldüyünü və dəhşətli gecədə atasını və qardaşlarını itirdiyini söyləyib. Mürvət Məmmədov həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını bildirib. Qeyd edib ki, artıq bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb: “44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Silahlı Qüvvələrimiz Ermənistan ordusunu diz çökdürdü. Otuzillik torpaq həsrətinə son qoyuldu və tarixi ədalət bərpa edildi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri