Icma.az
close
up
RU
Böyüməyən uşaqlar Xocalıya QAYITDILAR

Böyüməyən uşaqlar Xocalıya QAYITDILAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 26-da XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının 33 ili tamam olur.
1992-ci ilin həmin günündə Xocalıda yaşayan 2500 sakin gün ata-baba yurdundan didərgin düşüb. 613 nəfərin öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü faciə Azərbaycanın yaxın tarixinə qara səhifə kimi düşüb. Həmin gün 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
26 fevral tarixi həm də 25 uşağın yarmçıq xatirələri, arzuları ilə yadda qaldı.  
Azərbaycan tarixində digər yaddaqalan təqvim 2023-cü ilin sentyabr ayıdır. 19-20 sentyabr 2023-cü ildə Şanlı Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad edildi. Cəmi 1 il sonra şahidi olduğu faciə ilə xatırladığımız Xocalıya ilk köç baş tutdu. Bu qayıdış 30 il əvvəl eşitdiyimiz fəryadlara cavab idi, bu qayıdış işgəncələrlə öldürülən xocalıların qisasının alındığından xəbərçisi idi. Xocalı 30 ildən sonra körpə yaşında doğma obasından köçkün düşən uşaqları ata-ana, nənə-baba kimi öz qoynuna aldı.
Xocalıya qayıdan ilk sakinlər sırasında hər iki valideynini itirən Şahin və Tofiq Hüseynov qardaşları da var. Onlar 30 ildir “hər iki valideynini itirən uşaqlar” kimi yadda qalıblar.
Modern.az-ın əməkdaşı Şahin və Tofiq Hüseynovla həmsöhbət olub. 


Şahin Hüseynov Xocalıya qayıdışının təəssüratlarını bizimlə bölüşüb:


“Xocalıya may ayında köçdük, Prezidentimiz özü evimizin açarlarını mənə təqdim etdi. Bura qayıtmaq həm sevincli, həm də kədərlidir. Sevinirik, çünki 33 il bundan əvvəl didərgin düşdüyümüz Xocalıya qayıtmışıq, mən bura 3 övladım və 3 nəvəmlə birlikdə qayıtdım. 1992-ci ildə ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinə-sevinə qayıtdıq. Düzdür, o faciə heç vaxt yaddan çıxmayacaq, amma bu gün Xocalıda olmaq, burada yaşamaq da əvəzsiz hissdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Prezidentimizi qorusun! Xalqımız bir də müharibə görməsin, firəvan yaşasın”.


Digər qardaşın - Tofiq Hüseynovun da deməyə sözü çoxdur:
"Xocalıdan köçkün düşəndə necə əzab-əziyyət yaşadıq. Bura qayıtmaq çətin idi. Ona görə ki, ana, ata, qohumlar yoxdur, səni heç kim qarşılamır. Amma vətənə qayıtmaq, illərdir həsrətində olduğun yurda dönmək qədər gözəl hiss yoxdur. Mən 26 il Bakıda yaşadım, hər gün Xocalını arzuladım... Nəhayət arzularım gerçəkləşdi, bura gələndən bir dəfə də başqa yer yadıma düşmür. 33 il əvvəl burada ana-atamızı, bütün qohumlarımızı itirdik, amma Xocalıya qayıtmaq bizim üçün elə onlara qayıtmaq deməkdir. Xocalı bizə qucaq açdı, bizi yenidən qarşıladı. Bura gələndə heç kimi tapmasaq da, bundan sonra gələnlər bizi görəcək. Xocalı yenidən dirçələcək, qurulacaq. Allaha şükür edirik ki, biz bu günləri gördük. Adama qəribə gəlir fevral ayıdı, amma sən Xocalıdasan. Allah bizə, xalqımıza heç vaxt pis gün yaşatmasın. Həmişə bugünkü kimi firəvan, xoşbəxt olaq. Bu günü bizə yaşadan şəhidlərimizin ruhu şad olsun, Allah ordumuzu, Prezidentimizi qorusun!" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri