Icma.az
close
up
RU
Xocavənd şəhərində 1188 evin bərpası nəzərdə tutulub 728 i hazırdır

Xocavənd şəhərində 1188 evin bərpası nəzərdə tutulub 728 i hazırdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Xocavənd, 26 may, AZƏRTAC

Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Qarabağın hər bir guşəsində dövlətimiz tərəfindən misli görünməmiş genişmiqyaslı bərpa və quruculuq salnaməsi yazılır. İşğaldan azad edilmiş şəhər və kəndlərdə müasir standartlara uyğun yeni yaşayış məntəqələri salınır, ən son texnoloji yeniliklərə əsaslanan infrastruktur layihələri reallaşdırılır və illərdir yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qayıdışı üçün hərtərəfli, təhlükəsiz şərait yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın hər bir nöqtəsində həyat yenidən canlanır. Otuz illik dağıntıların, işğalın ağrılı izləri silinərək, yerini müasir, modern və gözoxşayan yaşayış məkanları tutur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qədim və zəngin tarixə malik Xocavənd rayonunun işğaldan azad edilməsindən sonra ərazidə inkişaf dövrü başlayıb. Hazırda rayonda genişmiqyaslı bərpa, tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Paralel olaraq, tikinti-bərpa prosesi tamamlanan yaşayış sahələrinə keçmiş məcburi köçkünlərin mərhələli, eyni zamanda, sistemli şəkildə qayıdışı həyata keçirilir. Yeni və dayanıqlı infrastrukturun qurulması, sosial obyektlərin bərpası və sakinlərin yaşayış şəraitinin maksimum dərəcədə yaxşılaşdırılması bölgədə sosial-iqtisadi həyatın yenidən canlanmasına güclü təkan verir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bölgədəki mövcud tikinti dinamikası ilə bağlı danışarkən bildirib ki, Xocavənd şəhərində bərpa işləri 2025-ci ilin oktyabr ayından başlayıb və ümumilikdə, 1188 evin bərpası nəzərdə tutulub. Onlardan 728 evin bərpası artıq başa çatıb, 460 evin bərpası isə davam edir.

Şöbə müdirinin sözlərinə görə, Xocavəndə ilk köç bu il fevralın 20-də gerçəkləşib. Şəhərdə gələcəyimiz olan uşaqların keyfiyyətli təhsil alması üçün 640 yerlik tam orta məktəb binası Elm və Təhsil Nazirliyi tərəfindən bərpa edilib və bu il aprelin 21-də fəaliyyətə başlayıb. Həmçinin 240 yerlik uşaq bağçasının bərpası da planlaşdırılır və ilkin mərhələdə 40 yerlik bölmənin istifadəyə verilməsi nəzərdə tutulur.

Doğma şəhərinə qovuşan Xocavənd sakini Yeganə Balakişiyeva uzun illərin həsrətinin bitdiyini, insanların öz evlərində dinc və firavan yaşamağa başladıqlarını böyük qürur hissi ilə ifadə edib: “Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı və torpaqlarımız azad edildi. İndi Qarabağda həyat yenidən canlanır. Biz də Xocavənd şəhərində məskunlaşmışıq. Mən şəhid bacısıyam və bu torpaqlar bizlər üçün çox müqəddəsdir. Burada bizə gözəl şərait yaradılıb, yollar abadlaşdırılıb, infrastruktur bərpa edilib”.

Qeyd edək ki, Xocavənddə tikinti-quruculuq işləri yalnız rayon mərkəzi ilə məhdudlaşmır. Xocavənd şəhəri ilə yanaşı, strateji və coğrafi baxımdan böyük önəm kəsb edən Hadrut və Qırmızı Bazar qəsəbələrinə, həmçinin Xanoba, Xocavənd və Sos kəndlərinə də əhalinin köçürülməsi və məskunlaşması planlı, mərhələli şəkildə uğurla davam etdirilir. Qarabağın yenidən dirçələn və sürətlə müasirləşən bu füsunkar bölgələrində həyat artıq öz əvvəlki axarına qayıdır. Doğma yurda dönüşün gətirdiyi sevinc və qürur hər bir addımda hiss olunur, illərlə ürəkləri sızladan Vətən həsrəti isə birdəfəlik tarixə qovuşur.

Müxbir-Aydın Yavərzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri