Icma.az
close
up
RU
Xocavənd şəhərinə köçən sakin: Burada yaşamaq çox qürurludur

Xocavənd şəhərinə köçən sakin: Burada yaşamaq çox qürurludur

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xocavənd şəhərinə ilk köç edən ailələr arasında Həsənovlar ailəsi də var. Uzun illər məcburi köçkün həyatı yaşayan ailə artıq doğma yurda qayıdaraq yeni mənzillə təmin olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Həsənovlar ailəsi illər boyu ölkənin müxtəlif bölgələrində çətin şəraitdə yaşayıb. Onlar bir müddət Bakı şəhərində yarımçıq tikilidə məskunlaşıblar. İndi isə Xocavənd şəhərində yaradılan şərait ailənin həyatında yeni mərhələnin başlanğıcı olub. Ailə 5 nəfərdən ibarətdir.

Ailənin böyük övladı İlqar Həsənov 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında hərbi qulluqçu kimi iştirak edib. O, döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə orden və medallarla təltif olunub.

Həsənovlar ailəsi üçün daha bir yaddaqalan hadisə Prezident İlham Əliyevin Xocavənd şəhərinə səfəri çərçivəsində onların evində qonaq olmasıdır. Ailə üzvləri həmin günü həyatlarının ən əlamətdar və unudulmaz günü kimi qiymətləndirirlər.

İlqar Həsənov APA-nın Qarabağ bürosuna açıqlamasında doğma yurda qayıdışı qürurlu və tarixi an kimi dəyərləndirib. Onun sözlərinə görə, uzun illərin həsrətindən sonra Xocavənddə yaşamaq ailə üçün böyük sevinc və qürur mənbəyidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Fevral 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri