Xocavənddə bir sıra evlərin təmirinə başlanılır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Xocavənd rayonlarının bir sıra kəndlərində fərdi evlərin təmir işlərinə başlanılır.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.
Məlumata görə, rayonun Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndləri ərazisində fərdi evlərin təmir işlərinə müəllif nəzarəti işləri həyata keçiriləcək.
Bundan başqa, Tuğ, Məmməddərə, Zərdanaşen, Qağartsı, Böyük Tağlar kəndləri ərazisində 637 ədəd fərdi evlərin, Hadrut, Qaradağlı, Cəmiyyət, Sos, Ağbulaq, Arpadüzü, Köhnə Tağlar, Görərçi, Müşkabad, Çağaduz, Kəndxurt kəndləri ərazisində isə 639 ədəd fərdi evlərin layihələndirilməsi işləri aparılacaq.
Dövlət xidməti sözügedən işlərlə bağlı "Himmen Construction" və "ERA Design Group" Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) ilə müqavilələr bağlayıb.
Bağlanmış müqavilələrə əsasən, ümumilikdə qeyd olunan işlərin icrası 3.2 milyon manata başa gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Mart 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















