Xocavənddə minatəmizləyən özəl şirkətin əməkdaşı minaya düşüb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən xəbərə görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Bu mövzuda digər xəbərlər:Özəl şirkətin əməkdaşı Cəbrayılda minaya düşüb yaralandı
07 Yanvar 2026 14:44
Agentliyin əməkdaşı Xocavənddə minaya düşdü
20 Oktyabr 2025 13:26
Şirkət əməkdaşı Xocavənddə minaya düşdü
02 Avqust 2026 15:25
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib
20 Oktyabr 2025 13:24
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş
28 İyun 2025 23:49
Baxış sayı:104
Bu xəbər 02 Avqust 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















