Icma.az
close
up
RU
Xolesterinin gözlənilməz faydası aşkar olunub

Xolesterinin gözlənilməz faydası aşkar olunub

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmiş əsrdən başlayaraq xolesterin insanın "qatı düşməni" elan olunub.

Xolesterini az qala insanın bütün xəstəliklərində günahlandırırdılar. Bəzi mütəxəssislər orqanizmdə xolesterinin səviyyəsini azaltmaq üçün kərə yağı, yumurta və s. kimi insan orqanizmi üçün faydalı olan məhsulları minimuma çatdırmağı və ya hətta onlardan imtina etməyi tövsiyə edirdilər. Lakin sonraki araşdırmalar göstərib ki, xolesterinin əsas hissəsi heç də xaricdən gəlmir, orqanizmin özündə istehsal olunur.

Digər tərəfdən məlum olub ki, xolesterinin normadan artıq olması kimi, normadan aşağı olması da orqanizm üçün çox ziyanlıdır. Belə ki, xolesterindən kişi və qadın cinsi hormonları testosteron və estrogen və həmçinin böyrəküstü hormonu  kortizol sintez olunur. Xolesterin orqanizmin bütün hüceyrələrin membranlarına daxildir, xolesterin immunitetin yüksək səviyyədə olmasına kömək edir və s. Beləliklə, xolesterin normadan aşağı olarsa, orqanizmdə bir çox proseslər pozula bilər.

Son araşdırma bundan da çox təəccübləndirib. Tafts Universisteti (ABŞ) alimləri aşkar ediblər ki, orqanizmdə xolesterinin aşağı səviyyədə olması xərçəng xəstəliklərinin riskini xeyli artırır.

Saglamolun.az medikforum.ru-ya xəbər verir ki, araşdırmada 600-dən çox insan iştirak edib. Onların arasında sağlam və onkoloji xəstəliyi olanlar da var idi.

Analizlər göstərib ki, xərçəng xəstəliyindən əziyyət çəkən insanların əksəriyyətində xolesterinin səviyyəsi normadan aşağı idi.  

Alimlərin sözlərinə görə, xolesterinin orqanizmdə normada olmağı insan sağlamlığına fikirləşdiyimizdən daha böyük təsir edir, o cümlədən xərçəngin riskini azaldır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri