Icma.az
close
up
RU
Xorəzm Şərqin incisidir Şavkat Mirziyoyev

Xorəzm Şərqin incisidir Şavkat Mirziyoyev

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xorəzm vilayətinə səfər edib və Xivə şəhərində “Arda Xivə” beynəlxalq turizm mərkəzinin açılış mərasimində iştirak edib.

525.az xəbər verir ki, Prezident öz çıxışında Xorəzmi Şərqin incisi adlandırıb. O deyib ki, bura dünya sivilizasiyasının və mədəniyyətinin inkişafına əvəzsiz töhfələr verib. Bu qədim diyar dünya şöhrətli alim və mütəfəkkirlərin, sərkərdə və hökmdarların, ilahiyyatçıların, istedadlı şair və hafizlərin vətənidir.

Elm və maarif korifeyləri Məhəmməd əl-Xorezmi, Əbu Reyhan Beruni, Pəhləvon Mahmud, Oqaxi, vətənpərvərlik rəmzləri Nəcmiddin Kubro, Cəloliddin Mənquberdi kimi böyük şəxsiyyətlər xalqımızın fəxridir.

Prezident bildirib ki, Xorəzmin daha bir əvəzsiz sərvəti var - onun əzəmətli tarixi abidələri. Açıq səma altında muzey şəhərinin – İçan-Qala kompleksinin YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi də bunu təsdiqləyir.

Bölgədə ümumbəşəri xəzinəyə daxil olan 260-dan çox obyekt var. Onların tarixi əsrlərə gedib çıxır. Şübhəsiz ki, onlar belə gözəl, təkrarolunmaz memarlıq görkəminə malik olmaqla təkcə Özbəkistanın deyil, bütün Orta Asiyanın dünya inkişafında özünəməxsus yerini müəyyən edən tarixin “canlı” şahidləridir.

Onun sözlərinə görə, turizm təkcə səyahətdən və mənalı istirahətdən ibarət deyil: “Əvvəla, turizm güzgü kimi müxtəlif xalqlarla insan qəlbləri arasındakı əlaqəni, zəhmətkeş və tolerant xalqımızın zəngin mədəni-tarixi irsini, qonaqpərvərliyini, dünyaya açıqlığını əks etdirir. Biz tarixi abidələrin, mədəni irs obyektlərinin qorunması, onların qlobal turizm şəbəkəsinə fəal şəkildə daxil edilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçiririk”.

Vurğulanıb ki, son illərdə Xivə şəhərinə dəmir yolu çəkilib, yeni dəmir yolu stansiyası tikilib, Buxara-Urgənc-Xivə dəmir yolu tam elektrikləşdirilib. 2026-cı ildə bu marşrut üzrə Cəloliddin Manquberdi adına müasir sürətli qatarlar hərəkətə başlayacaq. Ən əsası odur ki, yaxın vaxtlarda bu sürət qatarları Nukusa yola düşəcək.

Prezidenti Mirziyoyev əlavə edib ki, bu gün dünyada mövcud olan çətin vəziyyətə baxmayaraq, Özbəkistan öz yolu ilə qətiyyətlə gedir. Xalqımız sülh və firavanlıq, dostluq və əməkdaşlıq mühitində, quruculuq ruhunda yaşayır: “Bizim bütün məqsəd və planlarımız, hər bir islahatımız insanların həyatını yaxşılaşdırmağa yönəlib və biz bu işi davam etdirəcəyik. Əminəm ki, fədakarlıqla çalışaraq, Xorəzmi və Qaraqalpaqıstanı dünyanın elm və innovasiyanın, mədəniyyət və incəsənətin inkişaf etdiyi ən gözəl və abad rayonlarından birinə çevirəcəyik”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri