Icma.az
close
up
RU
Xoruzunu vurdular qoltuğuna

Xoruzunu vurdular qoltuğuna

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İndi adamlar arasında səslənən belə bir deyim vardır: “ Xoruzunu vurdular qoltuğuna”. Gəlin, bu məsələnin yaranması ilə tanış olaq.
Bəli, deyirlər ki, çox-çox keçmişdə ata-babaların adəti imiş ki, qıza elçi gedəndə oğlanı da özləri ilə aparıblar. Qız bəyənən oğlan şirinlik əvəzinə bir qırmız xoruz götürərdi. Elçilər evin qapısından içəri girən kimi, qız gəlib xoruzu oğlandan alırmış. Bu da iki sevən cavanın bir-birini görməsi, saf məhəbbətə tapınıb söz verib və ömürlük əhdi- peyman bağlamasına səbəb olurmuş. Elçilik baş tutanda həmin qırmızı xoruzu kəsib birlikdə yığışıb yeni təməli qoyulan ailənin şərəfinə şadlı edilərmiş. Əksinə, yəni sevda baş tutmayanda qız yenə xoruzu əmanət kimi qaytarıb oğlana verərmiş.
Həmin vaxtlar uzaq eldə bir kasıb oğlan yaşayırmış. Onun evlənmək vaxtı çatır. Özü də, varlı bir ailədə böyüyən qıza aşiq olur. El-obanın sayılıb-seçilən ağsaqqalları yığışıb oğlanla birlikdə ondan ötrü elçiliyə gedirlər. Adətə görə oğlan bir qırmızı xoruz da götürür. Elə olur ki, elçilik zamanı qızın atası razı olmur, nəticədə sevda baş tutmur. Elçilər durub getməyə hazırlaşanda qız oğlandan aldığı qırmızı xoruzu ona qaytarmaq istəyir. Amma pərtlikdən oğlanın xoruzu almağa qolları açılmır. Məcbur qalan qız zorla xoruzu onun qoltuğuna vurur.
O gündən bu məsələ dillərə düşür. Birinin işi baş tutmayanda deyirlər:” Xoruzunu vurdular qoltuğuna”. Nəyi gizlədim, mənim başıma da bu iş gəlib. Belə ki, orta məktəbi bitirib universitetin jurnalistika fakültəsinə sənəd verdim. İkinci imtahandan kəsildim. Evə qayıtdım. Birinci qonşu qızı qarşıma çıxdı və gülə-gülə dedi:- Xoruzunu vurdular qoltuğuna...
Gəlin biz arzu edək ki, qırmızı xoruzlar qoltuqlara vurulmasın, bütün işlərimiz düz gəlsin, yalnız şad, xoş günlərdə kəsilsin.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Avqust 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri