Xorvatiya Bayraktar TB2ni Türkiyədən alacaq
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Xorvatiya hökuməti Müdafiə Nazirliyinin müraciəti əsasında Türkiyə istehsalı olan 6 ədəd Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatının alınmasına qərar verib.
Gununsesi.info xəbər verir ki, Xorvatiya hökumətinin bu gün keçirilən iclasında Xorvatiya Müdafiə Nazirliyi “Baykar”ın istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının tədarükü ilə bağlı müraciəti təsdiqləyib.
Hökumətin iclasında çıxış edən Xorvatiyanın müdafiə naziri İvan Anusiç Xorvatiya Silahlı Qüvvələri Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatlarının tədarükünə təcili və prioritet ehtiyac olduğunu bildirib.
Xorvatiyalı nazirin açıqlamasına görə, Xorvatiya alınacaq Bayraktar TB2 sistemləri üçün təxminən 86,4 milyon avro ödəyəcək.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















