Icma.az
close
up
RU
Xorvatiya mətbuatı: Emreli Legiyadan Dinamoya keçərək ən yüksək maaş alanlardan birinə çevrilmişdi

Xorvatiya mətbuatı: Emreli Legiyadan Dinamoya keçərək ən yüksək maaş alanlardan birinə çevrilmişdi

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Xorvatiya mətbuatı milli komandamızın hücumçusu Mahir Emrelinin “Dinamo”dan(Zaqreb) “Nürnberq”ə keçidindən və Almaniya klubundakı çıxışından yazıb. 

Sportal.az xəbər verir ki, “Index.hr” portalı Emrelinin "Nürnberq"in heyətində "Hoffenhaym"la görüşdə fərqlənməsinə də toxunub: 

"Avqustun ilk günlərində "Dinamo" Mahir Emreli ilə müqaviləyə xitam verdiyini açıqlamışdı. Xorvatiya çempionu uzun müddətdir ki, böyük müqavilələri olan futbolçu yükündən xilas olmaq istəyirdi ki, 27 yaşlı Azərbaycan millisinin hücumçusu da onlardan biri idi. Emreli 2022-ci ilin fevral ayında "Legia"dan azad agent kimi "Dinamo"ya keçərək Zaqreb klubunda ən yüksək maaş alan futbolçulardan birinə çevrilmişdi. O, "Dinamo"nun heyətində 47 oyun keçirdi, 10 qol vurub, 5 asist etdi. 

Müqaviləyə xitam verildikdən 5 gün sonra Emreli “Nürnberq”ə keçdi. İkinci Bundesliqada çıxış edən və turnir cədvəlinin zirvəsində olan klub azərbaycanlı futbolçudan ümid etdiyini almağa başlayıb. O, yeni mühitlə tanış olmaq üçün keçirdiyi bir neçə matçdan sonra üç görüşdə artıq 3 qol vurub. Emreli son iki liqa matçında iki dəfə fərqlənib: əvvəlcə “Qreyter”lə oyunda (4:0), sonra isə “Regensburq”la oyunda (8:3). Azərbaycanlı hücumçu Almaniya kubokunun 1/16 final mərhələsində “Hoffenhaym”la oyunda ən yaxşı klublara belə qol vura biləcəyini sübut etdi.

İkinci Bundesliqa klubu həmin görüşdə 1:2 hesabı ilə uduzsa da, sabiq “Dinamo”lu 47-ci dəqiqədə son üç oyunda 3-cü qolunu vuraraq hesabı bərabərləşdirib. O, çıxışına görə Sofascore-dan 7,2 bal alıb. Bu da “Nürnberq”də ikinci ən yaxşı reytinqdir".

Xatırladaq ki, Emreli “Nürnberq”lə yayda 1 illik müqavilə imzalamışdı.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see669

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see325

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see294

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see280

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see258

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see233

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see209

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see181

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see173

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see157

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri