Icma.az
close
up
RU
Xorvatiya millisinin sabiq futbolçusu: “Zirə” öz oyunu ilə “Hayduk”u təəccübləndirə bilər EKSKLÜZİV MÜSAHİBƏ

Xorvatiya millisinin sabiq futbolçusu: “Zirə” öz oyunu ilə “Hayduk”u təəccübləndirə bilər EKSKLÜZİV MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 iyul, AZƏRTAC

Xorvatiya millisinin sabiq futbolçusu, karyerası ərzində Almaniyanın “Bayer Leverkuzen”, “Ştuttqart” və “Verder Bremen” kimi tanınmış komandalarında çıxış etmiş Yuritsa Vranyeş AZƏRTAC-a eksklüziv müsahibə verib. O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk” və Azərbaycanın “Zirə” kollektivləri arasında keçiriləcək oyunlar və digər məsələlər barədə danışıb.

- “Hayduk” Konfrans Liqasında Azərbaycan təmsilçisi “Zirə” ilə qarşılaşacaq. Bu oyunda şansları necə qiymətləndirirsiniz?

-“Hayduk mütləq şəkildə qalib gəlməlidir. Geridə qalan mövsümdə çempion olmağa yaxın idilər. Lakin alınmadı. İndi azarkeşlər komandalarından qələbə gözləyirlər. Xorvatiyada “Zirə”ni çox da tanımırlar və rəqibi güclü hesab etmirlər. Buna görə də təmsilçimiz qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmalıdır.

- Xorvatiya komandasını necə xarakterizə edərdiniz?

- “Hayduk” Xorvatiyada böyük klublardan biridir. Ötən mövsüm komandaya rəhbərlik edən italiyalı keçmiş futbolçu Cennaro Qattuzo klub üçün böyük ad idi. Rəhbərlik və bütün Split şəhəri onu dəstəkləyirdi. Amma bu, onların çempion olmasına kifayət etmədi. Daha sonra Qattuzo postundan ayrıldı. Yeni gələn mütəxəssis ispandır. “İstra”dan gəlib. Çox yaxşı məşqçidir. Lakin “İstra” və “Hayduk” arasında fərq çoxdur. Təzyiq altında işləmək ona çətinlik yaradacaq.

- “Zirə” haqqında hansı informasiyaya sahibsiniz?

- Mən yalnız “Zirə”ni tanıyıram. Bir az əvvəl dediyim kimi, bu komanda xorvat azarkeşlər üçün yaddır. Sadəcə, “Osiyek”lə oyunlar insanların yaddaşında qalıb. Həmin matçda Azərbaycan təmsilçisi sevinən tərəf olmuşdu. Bəzən futbolda pul həlledici rol oynamır. Kiçik komanda belə sürprizlər edir. “Zirə” də öz oyunu ilə “Hayduk”u təəccübləndirə bilər. Split klubu hər şeyə hazır olmalıdır. Çempionluğu itirdilər. Azarkeşlər gələcəkdə onlardan çox yaxşı nəticələr gözləyirlər.

- Azərbaycan futbolu barədə nə bilirsiniz?

- Düzünü desəm, keçmişlə bağlı çox şeyi xatırlamıram. Mənim “Bayer Leverkuzen”dəki sabiq baş məşqçim Berti Foqts və Xorvatiya yığmasında komanda yoldaşım olmuş Robert Prosneçki Azərbaycan millisində işləyib. Azərbaycan futbolu deyiləndə ağlıma ilk olaraq “Qarabağ” gəlir. Bu komandanın heyətində güclü futbolçular var. Avropada uğurla çıxış edirlər. Transferlərdən də yaxşı pul qazanırlar. Hətta “Qarabağ”ın Sloveniyanın "Olimpiya" (Lyubyana) klubuna qarşı matçını da izləmişəm.

- Maraqlıdır, Azərbaycan klublarından hansında çalışmaq istərdiniz?

-Bu barədə düşünməmişəm (gülür).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri